Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:37

Kurt Vonnegut-dan hekayə yazanlara 8 məsləhət


 Kurt Vonnegut
Kurt Vonnegut

-

Tanınmış Amerika yazıçısı Kurt Vonnegut-un hekayə yazanlara 8 məsləhəti.

1. Təsəvvür edin ki, oxucunuz heç tanımadığınız bir adamdır, onun hekayəni oxumağa sərf edəcəyi vaxtdan elə istifadə edin ki, onda həmin vaxtın hədər getdiyi hissi yaranmasın.

2. Oxucuya rəğbət bəsləyəcəyi ən azı bir obraz verin.

3. Hər bir obraz nəsə istəməlidir. Qoy lap bir stəkan su istəsin.

4. Hər bir cümlə bu iki məqsəddən birinə xidmət etməlidir: ya obrazı açmalı, ya da hadisələri irəli aparmalıdır.

5. Yazmağa mümkün olduqca axıra yaxın yerdən başlayın.

6. Sadist olun. Baş qəhrəmanların sizə nə qədər əziz olmasından, nə qədər məsum olmasından asılı olmayaraq, onların başına olmazın oyunlar gətirin. Oxucu onların mahiyyətini bu yolla anlaya bilər.

7. Yalnız bir nəfəri məmnun etmək üçün yazın. Əgər pəncərəni açıb sevginizi bütün dünyaya izhar etsəniz, hekayəniz, necə deyərlər, “sətəlcəm olar”.

8. Oxucularınıza mümkün qədər çox və mümkün qədər tez informasiya verin. Oxucunu intizarda saxlamağı-filanı atın bir kənara. Oxucularda nə baş verdiyi, harada və niyə baş verdiyi haqda tam təsəvvür yaranmalıdır ki, hətta tarakanlar sonuncu səhifələri yesə belə, hekayəni özləri bitirə bilsinlər.

XS
SM
MD
LG