Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:15

Məhkəmə icraçıları gəldi: «Hafka»nın evi boşaldılır


İlham Əliyev, Hafiz Məmmədov və Ziya Məmmədov
İlham Əliyev, Hafiz Məmmədov və Ziya Məmmədov

-

Bakıda işadamı, «Hafka» ləqəbi ilə tanınan Hafiz Məmmədovun öz oğluna aldığı yeni ev məhkəmə qərarı ilə boşaldılır.

Lent.az əməkdaşının məlumatına görə, hazırda məhkəmə icraçıları məhkəmə qərarını yerinə yetirmək üçün Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən həmin evə gəliblər.

Dünən – sentyabrın 30-da «Nikoyl» Bankı İdarə Heyətinin üzvü Zaur Abdıyevə istinadən məlumat verilmişdi ki, Hafiz Məmmədovun oğluna aldığı yeni evi bankın digər müştərisi girov qoyubmuş. Həmin girov əmlak üzrə borc ödənilmədiyindən bankın iddiasına əsaslanan məhkəmə əmlakın müsadirəsinə dair qərardad çıxarıb.

Bəzi iddialara görə, banklarda «Baghlan Group»un adına külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, H.Məmmədov Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti, ödəniş vaxtından xeyli ötsə də, qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib.

XS
SM
MD
LG