Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:45

Elsevər Mürsəlli: «Səhvimi anladım. YAP-a üzv olacağam» [Video]


Həbsdən çıxan keçmiş Nidaçılar Heydər Əliyevin məzarını ziyarət etdi
Gözlə

No media source currently available

0:00 0:06:35 0:00

Həbsdən çıxan keçmiş «Nida»çılar Heydər Əliyevin məzarını ziyarət etdi

-

Oktyabrın 18-də NİDA-çılardan Bəxtiyar Quliyev ilə Şahin Novruzlu və «facebook» fəalı Elsevər Mürsəlli həbsxanadan buraxılıblar.

Elsevər Mürsəlli öz səhvini anladığını və bundan sonra YAP-a üzv olacağını bildirib. Eyni sözləri Bəxtiyar Quliyev də söyləyib. Onlar azadlığa çıxdıqlarına görə prezident İlham Əliyevə təşəkkür ediblər.

Şahin Novruzlu hər hansı açıqlama verməyib. O, birbaşa atasının yas mərasiminə yollanıb. Elsevər Mürsəlli ilə Bəxtiyar Quliyev isə eks-prezident Heydər Əliyevin qəbrini ziyarət etməyə gediblər.

Elsevər Mürsəlli və Bəxtiyar Quliyev
Elsevər Mürsəlli və Bəxtiyar Quliyev

Oktyabrın 17-də prezident İlham Əliyev bir qrup məhkumun əfv olunması haqda sərəncam imzalayıb.

Sərəncam bütövlükdə 84 nəfərə şamil edilib.

Onların arasında siyasi məhbus kimi tanınan Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və Həsən Hüseynlinin də adları var.

Gənclər onda ittiham olunurdular ki...

Elsevər Mürsəlli külli miqdarda narkotik saxlamaq ittihamı ilə 2 il həbs cəzası almışdı. Yaxınları son prezident seçkisində onun Milli Şuranın sədri Cəmil Həsənlini sosial şəbəkələrdə dəstəklədiyi üçün həbs edildiyini bildirir. İyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq prezidentdən əfv istəmişdi.

Şahin Novruzlu atasının yasında - 18 oktyabr 2014
Şahin Novruzlu atasının yasında - 18 oktyabr 2014

Bəxtiyar QuliyevŞahin Novruzlu 2013-cü ilin mart-aprel aylarında digər 5 NİDA-çı ilə birgə həbs olunmuşdu. Gənclər, əsasən, kütləvi iğtişaşları təşkiletmə cəhdində təqsirli biliniblər. Məhkəmənin 6 may hökmü ilə Bəxtiyar Quliyev 7, Şahin Novruzlu isə 6 il azadlıqdan məhrum edilmişdi.

Digər 5 NİDA-çı hələ də həbsdədir.

XS
SM
MD
LG