Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Ölmədən neçə nəfər pensiya ala bilir?


60 yaşa çatana medal verilməlidir...
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

60 yaşa çatana medal verilməlidir...

►Qərb ölkələrində əhalinin hər 5-6 nəfərindən biri 65 və yuxarı yaşlı insanlardır.

Azərbaycanda isə əhalinin təxminən 18 nəfərindən biri...

Azərbaycanda pensiya yaşının 65-ə qaldırılması planlaşdırılır. Hazırda Azərbaycanda pensiya yaşı kişilərə - 63, qadınlara - 60-dır.

Dünya ölkələri – məsələn, Avstriya, Belçika, Almaniya və Danimarka ilə müqayisə edilsə, həmin ölkələrdə hər iki cinsin pensiya yaşı eynidir – 65. Böyük Britaniyada kişilər 65, qadınlarsa 60 yaşında pensiya ala bilərlər.

Postsovet ölkələrindən Gürcüstanda da vəziyyət eynidir. Belarusda kişilər - 60, qadınlar - 55, Qazaxıstanda, uyğun olaraq 63 və 58, Latviyada hər iki cins 62 yaşında pensiyaya çıxırlar.

Buna da bax: Ciqarxanyan deyir azərbaycanlı nazirin qızı ilə dostdur

Nədir narazılıq yaradan?

Rövşən Ağayev
Rövşən Ağayev

Azərbaycanda pensiya yaşı dünya ölkələrinə uyğun gəlirsə, istər-istəməz sual doğur: Nədir narazılıq yaradan?

İqtisadçı ekspert Rövşən Ağayev səbəb kimi insanların uzunömürlülük məsələsini önə çəkir:

“Pensiyaya çıxandan sonra insanların orta yaşam müddəti bütün dünyada 12 il (144 ay) qəbul edilib. Başqa sözlə, pensiyaya çıxanların əhəmiyyətli hissəsi bu qədər yaşaya bilməlidir. Məsələn, BMT-nin hesablamalarına görə Azərbaycanda gözlənilən orta ömür müddəti 70 yaş civarındadır. Norveç, İsveç, Almaniya və Yaponiya kimi ölkələrdə həmin göstərici 80-83 yaş arasında dəyişir, yəni, bizim eyni göstəricidən, orta hesabla, 15 faiz yüksəkdir. Amma bizim hazırkı pensiya yaşımızın səviyyəsi həmin ölkələrin pensiyayaçıxma yaşından 7-8 faiz aşağıdır. Başqa sözlə, orta ömür müddətləri arasındakı fərq pensiya yaşları arasındakı fərqi də zəruri edir”.

Buna da bax: Qalmaqallı işləri aparan müstəntiqlərə medal verildi

“Ən yaxşı halda... adamların yarısı 70 yaşına çatır...”

Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə insanların, ən azı, 50 faizi 75 yaşdan sonra ölür:

“Bu o deməkdir ki, ən azı, 2 pensiyaçıdan biri beynəlxalq standart kimi qəbul edilmiş "pensiyaçıların orta yaşam müddəti" göstəricisinə uyğun yaşayır və dövlətdən pensiyasını alır. Bəs bizdə vəziyyət necədir? Rəsmi statistikanın araşdırlması göstərir ki, Azərbaycanda müəyyən yaş qrupuna çatmış insanların ən yaxşı halda 50 faizi 70 yaşa çatıb, pensiya alır. Onların da ya xaricə miqrasiya, ya da ölüm ucbatından, ən yaxşı halda, hər 2 nəfərindən biri 70 yaşını tamamlamış ahıl insan kimi hökumətin pensiya fondundan yararlanır."

Ölçü: Pensiyaya çıxandan sonra yaşanan 12 il

Məsələn, İsveçin əhalisi Azərbaycandakı qədərdir - 9.6 milyon nəfər. Amma İsveçdə 65 yaşdan yuxarı 1.9 milyon nəfər, Azərbaycanda isə cəmi 550 min nəfər ahıl vətəndaş var.

Rövşən Ağayev inanmayanlara və ya mübahisə etmək niyyətində olanlara rəsmi rəqəmləri misal çəkir:

“Hazırda 65-69 yaş qrupunda olan vətəndaşlarımız 1946-1950-ci ildə doğulan şəxslərdir. DSK-nın məlumatına görə, həmin illərdə ölkəmizdə 395 min nəfər doğulub. İndi 65-69 yaş qrupuna aid cəmi 190 min nəfər, yəni bu yaş qrupu üzrə doğulanların cəmi 48 faizi sağdır”.

Ekspert pensiya yaşının müəyyənləşdirilməsində insanların pensiyaya çıxandan sonra 12 il yaşamasının başlıca arqument kimi götürülməsini istəyir:

“Uzunömürlülük səbəbindən inkişaf etmiş ölkələrdə 65 yaşından yuxarı əhalinin sayı həddən artıq çoxdur və o yerlərdə hökumətlərin pensiya yaşını artırması qaçılmazdır. Məsələn, İsveçin əhalisi Azərbaycandakı qədərdir - 9.6 milyon nəfər. Amma İsveçdə 65 yaşdan yuxarı 1.9 milyon nəfər, Azərbaycanda isə cəmi 550 min nəfər ahıl vətəndaş var. Eyni əhali sayına malik ölkədə milli hökumətlərin pensiya verdiyi ahılların sayı arasında, az qala, 4 dəfə fərq var. Üstəlik, İsveçdə orta pensiyanın məbləği bizdən, azı, 10 dəfə çoxdur. Ümumiyyətlə, hazırda Qərb ölkələrində əhalinin hər 5-6 nəfərindən biri 65 və yuxarı yaşlı insanlardır. Azərbaycanda isə əhalinin, təxminən, 18 nəfərindən biri 65 və yuxarı yaşdadır”.

XS
SM
MD
LG