Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52

Göyə sovrulan milyardlar, işsizlik və artan qiymətlər...


Dollar
Dollar

-

«Ölkənin əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapır». Bunlar rəsmi «Azərbaycan» qəzetində yazılır. Beynəlxalq maliyyə qurumlarının ölkədə aparılan fəaliyyəti yüksək dəyərləndirdiyi vurğulanır. Dünya Bankı, «Doing Business» hesabatlarında Azərbaycanı yüksək yerlərə layiq gördükləri deyilir.

Bununla belə ölkənin sosial və iqtisadi problemlər məngənəsində boğulması bir sıra media orqanlarının aparıcı mövzusudur.

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

HƏR ŞEY SÜLALƏ HAKİMİYYƏTİNİN TAMAHINA QURBAN GETDİ

«İndi Azərbaycan müstəqil idi. Bu sərvətlə böyük sıçrayışlara imza ata bilərdi. Lakin Azərbaycan işğalçının da vura bilmədiyi zərbəni aldı!»- deyə tanınmış jurnalist Şahvələd Çobanoğlu «Azadlıq» qəzetində dərc edilən məqaləsində vaxtilə ölkəyə axan milyardların mənasız yerə xərclənməsinə toxunur:

«Hər şey bir sülalə hakimiyyətinin tamahına qurban getdi. Bakı nefti Əliyevlərin qurbanı oldu»-deyən jurnalist həm də iqtisadi böhran palitrasına mövqe bildirir.

Müəllif iqtidarı bu sərvəti «milli və mənəvi inkişaf kapital»a döndərməməkdə qınayır: «XX əsrin əvvəlində olduğu kimi XXI əsrin əvvəlində də neftdən gələn

milyardlar mənəvi və milli inkişaf kapitalına çevrilmədi» - deyə Bakı neftinin ölkəyə gətirdiyi milyardların talan olunduğunu qeyd edir:

«Ən maraqlısı odur ki, XXI əsrin əvvəlində də eyni film təkrar olundu. Ay nə bilim, əsrin müqaviləsi, böyük ümidlər, böyük pullar, böyük layihələr. Sanki bir film idi, bircə aya ötüb keçdi. «Bağ belə, bostan belə» deyənlər sonunda xalqa ucuz un təklif etdilər ki, neft səltənətinin sakinləri ac qalmasın».

Formula 1
Formula 1

DEVALVASİYANIN GÜNAHKARI BİZ DEYİLİK

Bu il iyulun 17-də başlanması gözlənilən «Formula-1» üzrə Avropa «Qran-Pri»sinə könüllülər olaraq qatılacaq gənclər fotolarını sosial şəbəkələrdə paylaşdıqlarına görə tənqid olunurlar.

musavat.com bu barədə yazır.

Yazıda qeyd edilir ki, gənclərin yarışlara könüllü iştirakçı kimi qatılmaları sosial şəbəkələrdə fəal müzakirə edilir.

«Onlar indiki böhran vəziyyətində nə bu yarışların keçirilməsinə, nə bizim orada iştirakımıza müsbət yanaşırlar». Könüllülərdən olan Emil İbadov belə deyir.

«Devalvasiyanın, böhranın səbəbi nə mən, nə də o uşaqlardır» - deyə E.İbadov böhrana görə onları qınayanlara səslənib. Onlar bu işlərdə ancaq

yarışları insanların rahat izləyə bilmələri baxımından fəaliyyət göstərəcəklərini söyləyib:

«Biz öz üzərimizə düşən xidməti göstərəcəyik, əlimizdən gələni edəcəyik» - deyə E.İbadov mövqeyini açıqlayıb.

Həkim
Həkim

YOXSULLUQ, İŞSİZLİK VƏTƏNDAŞLARI TƏHLÜKƏYƏ SÜRÜKLƏYİR

«Yoxsulluq, işsizlik, bahalıq həyatı dərmanlardan asılı olan vətəndaşları təhlükəyə sürükləyir» - deyə Aysel İskəndərli «Bizim Yol»da yazır.

Bu yazıda sıravi Bakı sakinlərindən də dəqiq sitatlar verilib:

«Bu saat evdə nə un, nə qənd, nə çay, nə də yağ var. Necə gedək həkimə?!».

«Ağır şəkər xəstəsiyəm, həm də qalxanvarı vəzimdə problem var. Buna görə də bir neçə hormonal dərman qəbul edirəm. Bir neçə gün öncə dərmanlarım bitib.

Həkimin yazdığı dərmanı heç bir aptekdə tapa bilmirəm» - deyə Bak sakinləri şikayət edir.

Yazıda xəstələrin apteklərdə axtardıqları dərmanları tapa bilməmələrinə də toxunulur:

«Təsəvvür edin, 6 manata aldığım dərman indi olub 10 manat. Məcburiyyətdən aldım. Görün indi mənim kimi dərmanla yaşayan nə qədər adam var» - 50 yaşlı xanım qeyd edir.

Yazıdan daha bir parça:

«Amma həyatı dərmanlardan asılı olan, xəstəxanaya düşənlər bu durumda nə etməlidirlər? Onların müayinə və müalicəsi üçün hökmən xərc çəkilməlidir. Burada qənaət etmək olmaz ki… Məlumdur ki, dərmanların qiymətikəskin artıb. Eyni zamanda xəstəxanalarda tələb olunan pulların da həcmi artıb. İşini itirən, gəlirləri azalan vətəndaşlar bu durumda nə etməlidirlər? Dövlət onlara necə dəstək olmalıdır?» - deyə hakimiyyət qurumlarına sual ünvanlanır.

Vüqar Bayramov
Vüqar Bayramov

10 MİN DOLLAR İNDİ 20 MİN 600 MANATDIR

«Problemli kreditlərin həcmi daha 10 faiz arta bilər».

«Exo» bunu ekspert Vüqar Bayramova isnadən bildirir. Ekspertə görə, banklara borclu olanların say artımı aprel ayına gözlənilir. V.Bayramov problemli kreditlərə dair Mərkəzi Bankın açıqladığı informasiyanın devalvasiyadan sonrakı situasiyanı əhatə etmədiyini söyləyib:

«Devalvasiyaya qədər götürülən 1000 dollar (7800 manat) kredit iki devalvasiyadan sonra faizləri ilə birgə 20 min 600 manat deməkdir. İnsanlarsa maaşları manatla alır, heç yerdə maaşlar iki dəfə artırılmadı» - deyə V.Bayramov situasiyaya aydınlı gətirir.

XS
SM
MD
LG