Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

Avropa Oyunlarındakı qəzayla bağlı məhkəmədə MTN söhbəti


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

►"Qəfildən avtobus sürətlə getməyə başladı və əyləc işləmədi, nə qədər ayağımı basdım, xeyri olmadı, dayanmadı."

"Nəqliyyat Nazirliyi sürücülərin siyahısını tərtib edəndən sonra MTN əməkdaşları həmin siyahıları aparıb yoxlayırmış..."

Ötən ilin iyununda Bakıda keçirilən birinci Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnən avtobus qəzası ilə bağlı maraqlı detallar üzə çıxıb.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı məlum olub ki, Avropa Oyunları dövründə xidmət göstərəcək avtobus və taksi sürücülərinin siyahısını keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) müəyyənləşdirib.

Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi, hazırda həbsdə olan Hüseyn Salamov məhkəmədə bildirib.

“BİR DƏFƏ CƏZAMI ALMIŞAM”

Məhkəmə iclasında öncə prokuror Eldar Həmzəyev ittiham aktını elan edib. Məhkəmə qarşısına çıxarılan dörd nəfərdən yalnız biri - avtobusun sürücüsü Vəli Əhmədov özünü təqsirli bilib.

Bakıdakı qəzada xəsarət alan Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Bakıdakı qəzada xəsarət alan Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

Nizami Rayon Polis İdarəsinin "Təhlükəsiz şəhər" xidmətinin əməkdaşı, qəzanın videogörüntülərini yaymaqla suçlanaraq həbs edilən Elçin Həsənov deyib ki, özünü CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsilə yox, sadəcə, səhlənkarlıqda özünü təqsirli bilir:

"Məni Ramil Usubov qəbul eləyəndə də dedi ki, "səhlənkarlıq eləmisən". Buna görə bir dəfə cəzamı da almışam..."

Həbsdə olan sürücü Vəli Əhmədov ifadəsində bildirib ki, təxminən iyirmi ildir avtobus idarə edir. Bundan əvvəl də yol qəzasına görə məhkumluğu olub. Əvvəllər 1 saylı marşrut xəttində avtobus idarə etmiş Əhmədovun dediyinə görə, o, Avropa Oyunlarında sərnişin daşımaq üçün konkret kiməsə müraciət etməyib:

"Sonra 1 nömrəli xətti bağladılar, bizi təlimlərə göndərdilər. Yəni əvvəldən kurs keçmişik".

“AYAQLARIM İŞLƏMİRDİ”

Sürücü deyir ki, hadisə baş verən gün avtobusda hər hansı nasazlıq olmayıb, amma hərəkət edərkən əyləc sistemi sıradan çıxıb:

"Qəfildən avtobus sürətlə getməyə başladı və əyləc işləmədi, nə qədər ayağımı basdım, xeyri olmadı, dayanmadı. Bu zaman ürəyim sıxıldı, avtobus hara getdi, bilmədim. Qəza zamanı avtobusda olan polis əməkdaşı "Sən neylədin?" deyib qışqırdı. Qəzadan sonra özümə gəldim və avtobusdan düşdüm. Amma dizlərim qatlanmışdı, ayaqlarım işləmirdi".

Əməlindən peşman olduğunu deyən sürücü qeyd edib ki, onun adının siyahıya salınmasına görə onunla birlikdə mühakimə olunan Nəqliyyat Nazirliyinin vəzifəli şəxslərini məhkəmədə görüb tanıyıb.

___________________________________________________________

Bunlara da bax:
Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"
Dronlar poçtalyona çevrilir- [Video]

___________________________________________________________

MTN 300 ADAMIN ADINI ÇIXARIB

Daha sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş şöbə rəisi Hüseyn Salamov dindirilib.

Onun ifadəsindən bəlli olub ki, Nəqliyyat Nazirliyi sürücülərin siyahısını tərtib edəndən sonra MTN əməkdaşları həmin siyahıları aparıb yoxlayırmış. MTN-dən sonra da həmin siyahılar Xüsusi Dövlət Mühafizə Xidmətinə göndərilirmiş. Hüseyn Salamov vurğulayıb ki, yekun siyahı MTN-lə razılaşdırılıb:

"Təxminən 2 min nəfərlik siyahıdan 300-dən çox adamın adını MTN-də çıxarmışdılar, 200-dən çoxunu da Mühafizə Xidmətindən. Hadisədən sonra bilmişəm ki, Vəli Əhmədovun adı birinci siyahıda keçməyib. İkinci dəfə MTN ona "hə" deyib. Mən verilən işin öhdəsindən gəlmişəm və hadisənin baş verməsində rolum olmayıb".

Məhkəmə prosesi aprelin 29-da davam edəcək.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də Atletlər kəndinin nəqliyyat deposunda "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqLive proqramında (22 aprel)

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"
ReAL sədri İlqar Məmmədovu buraxmaya bilərlərmi?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (22 aprel)

Meydan TV ətrafında nə baş verir?

XS
SM
MD
LG