Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:35

Ramil Usubov: 'FETÖ hərəkatının Azərbaycandakı dayaqlarıına qarşı...'


Ramil Usubov
Ramil Usubov

►“Üzərimizə düşən nə varsa yüksək səviyyədə yerinə yetirəcəyik”

“FETÖ ( Fetullahçı terror örgütü - Türkiyə hökuməti ABŞ-da yaşayan ruhani Fehullah Gülenin tərəfdarlarını belə adlandırır - red.) hərəkatının Azərbaycandakı dayaqlarına qarşı bundan sonra da gərəkənlər həyata keçiriləcək. Türkiyədə dövlət çevrilişinə cəhd eyni zamanda Azərbaycana qarşı da yönəlmiş bir cinayətdir”.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Türkiyəyə səfər edən daxili işlər naziri Ramil Usubov türk həmkarı Efkan Ala ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

R. Usubov səfərinin Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra həyata keçirilən fəaliyyətlərin və bundan sonra atılacaq addımların müzakirə edilməsi məqsədi daşıdığını bildirib .

Buna da bax: Fethullah Gulen danışdı: «Çevriliş baş tutsaydı belə...»

“Bundan sonra bu problemlərin ortadan qalxması üçün bizim üzərimizə düşən nə varsa yüksək səviyyədə yerinə yetirəcəyik”, deyən R.Usubov çevriliş cəhdində həlak olan türk vətəndaşlarına rəhmət, yaralananlara şəfa diləyib.

Türk nazir: “FETO mövzusunda da təsirli işbirliyimiz mövcuddur, davam edəcək”

Türkiyənin daxili işlər naziri Efkan Ala isə vurgulayıb ki, Azərbaycanla münasibətlərdə terrorla mübarizə mövzusu baş mövqedə durur.

“Hər cür terror qurumlarına qarşı təsirli iş birliyimiz var. FETO hərəkatının ölkələrimizdəki fəaliyyətlərinin sonlandırılması mövzusunda da təsirli iş birliyimiz mövcuddur, davam etməkdədir. Bundan sonra da bilgi alış-verişi, kəşfiyyat bilgilərinin paylaşılması və həyata keçiriləcək tədbirlərlə bağlı da fikir birliğində alacağıq ”, türk nazir vurğulayıb.

Buna da bax - Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?

Azərbaycan daxili işlər naziri Ramil Usubov avqustun 31-də Türkiyəyə səfər edib.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Güleni Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişi cəhdini himayə etməkdə günahlandırır. Fetullah Güleni özü ittihamları qəbul etmir.

Son günlər Azərbaycanda da Fetullah Gülenin rehberlik etdiyi “Hizmet” Hərəkatı ilə əməkdaşlıqda günahlandırılan bir neçə şəxs həbs edilib.

Aralarında “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin də olduğu həmin şəxslər əsasən müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) fəallarıdır.

AXCP hesab edir ki, Azərbaycan hakimiyyəti “Gülençi” adı ilə öz rəqiblərini sıradan çıxarır. Gerçəklikdə isə öz içində Getullah Gülenlə əməkdaşlıq edən şəxsləri himayə edir.

Erdogan:"ABŞ Gülen və Türkiyə arasında seçim etməlidir"
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

XS
SM
MD
LG