Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:23

Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi [video]


Qiyas İbrahimov
Qiyas İbrahimov

Bu gün, oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Q. İbrahimov prosesdə son sözlə çıxış edib. O, qeyd edib ki, çıxışını yazılı hazırlayıb. Ancaq əlindən alıblar:

“Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Vicdanı olan hər kəs yaxşı bilir ki, həbsimin əsil səbəbi mənim bu ölkədə dərəbəyliyə etiraz etməyimdir. Heç bir yazılı qanunu pozmamışam. Sistem yazılmamış qanunlar ilə köləliyi azadlıq kimi göstərməyə çalışır” deyə o bildirib.

Buna da bax:​ Dövlət ittihamçısı Qiyas İbrahimova 9 il iş istədi

Qiyas İbrahimovun anası: "Ağlamıram, ağlamayacam da"- [video]
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Qiyas İbrahimovun çıxışından sətirlər:

"Ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlamışdım, amma əlimdən aldılar. Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdu. Vicdanı olan hər kəs yaxşı bilir ki, həbsimin əsl səbəbi mənim bu ölkədəki dərəbəyliyə, sistemə sivil şəkildə, gənc tələbə olaraq etiraz etməyimdi. Heç bir yazılı qanunu pozmamışam. Sistem yazılmamış qanunları ilə köləliyi azadlıq kimi göstərməyə çalışır. Sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Yazılmış qanunları pozanda isə cəzasız qala bilərsən. Yazılmamış qanunları pozanda adamları şərləyirlər.

Heykələ şüar yazaraq sistemin ədalətsizliyinə etiraz etməyim həyatda olmayan birinin ruhunun təhqir olunması kimi qiymətləndirilir, "öz babanın qəbrinə yazardın" deyirlər. Təcridxana rəisi deyir ki, bu hərəkətinə görə xalq səni linç edə bilər. Heç özü buna inanırmı?"

Buna da bax:​ Polis: 'Qiyas İbrahimovun üzərindən sellofana bükülmüş narkotik aşkar etdik...'

"Biz bu hakimiyyətin köləsi olmamağı anlamışıq, doğruların, doğruları deyənlərin yanında olmuşuq. Sistem bizləri darmadağın etməyi düşünürdü. Amma bunu bacarmadılar. Təcridxanada deyirlər ki, siz özünüzü dərin quyuya salmısız. Bəli, biz özümüzü quyuya salıb, quyunun suyunu tapmağa çalışırıq. Bu sistemin çirkablarını yuyub təmizləyə bilər. Biz bu məqsədlə bu yola girmişik və sizlərdən də əfv diləməyəcəyik".

Buna da bax: Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

"Biz bu qapıdan girəndə ədaləti çöldə qoyub girmişik. Bunu bizdən əvvəl ədalətsizliyə etiraz edənlər də nəzərə almışdı. Bura bizim üçün müvəqqəti istirahət yeridi. Verdiyiniz cəzanın ağırlığından da çəkinmirik. Bu inam azadlığa, doğrulara olan inamdı. Anam məhkəmədə dedi ki, bir ana kimi fəryad edir. Amma anam bilsin ki, övladı doğruların yanındadı. Övladı doğruların yanında olan analar fəryad etməsinlər. Prokuror 9 il istədi, amma 12 il istəyə bilərdi. Bilirəm ki, bu çıxışımdan sonra peşmandı. Prokuror peşman olduğuna görə də mən burada şənlənirəm".

Buna da bax:​ Qiyas İbrahimov ona verilən işgəncələri danışır (Video)

XATIRLATMA

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Buna da bax:​ Gənc fəalla bağlı şikayət təmin edilməyib

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Artıq Bayram Məmmədovun da işi məhkəməyə göndərilib.

XS
SM
MD
LG