Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:36

Jurnalist Elçin İsmayıllı həbs olunub


Elçin İsmayıllı
Elçin İsmayıllı

Fevralın 17-də İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı həbs olunub. Onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili İslam İsmayılov məlumat verib.

“ELÇİN DEYİR Kİ, BU QURAMADIR”

Vəkil deyib ki, istintaq materiallarında jurnalist, İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Elçin İsmayıllı
Elçin İsmayıllı

Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəzilik Xidmətinə müraciət edib və pul Elçin İsmayıllıya verilən vaxt o həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini həbs ediblər".

Bunu da oxu: Bloqqer bacılarının polisdə incidildiyini deyir

Vəkil İ.İsmayılov söyləyir ki, E. İsmayıllı haqqında cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində açılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib, ona 24 günlük cəza verilib. Hazırda cinayət işi ilə bağlı istintaq davam edir. Jurnalist 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Elçin İsmayıllı bundan öncə də jurnalist fəaliyyətinə görə xəbərdarlıq aldığını deyirdi.

XS
SM
MD
LG