Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:34

Azərbaycanda seçkiqabağı media mühitində nə baş verir? [video]


Prezident seçkisi: Medianın durumu azad seçkiyə imkan verirmi?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Prezident seçkisi: Medianın durumu azad seçkiyə imkan verirmi? [A-Live]

Azərbaycan bu payızda keçiriləcək prezident seçkisinə necə media mühiti ilə gedir?

Xaricdən baxanlar-ölkəyə pis qiymət veriblər. Məsələn, "Sərhədsiz Reportyorlar" təşkilatının keçən ilki sıralamasına görə, Azərbaycan, Avropada medianın durumu ən pis olan ölkədir. Dünyanın 180 ölkəsi arasında isə Azərbaycan 162-ci yerdədir. Hərçənd, prezident İlham Əliyev keçən ay Davosdakı çıxışında bu qiymətləndirmə ilə razılaşmadı, dedi ki, xarici qüvvələr belə yazıb, ölkəni gözdən salmaq istəyirlər.

Buna da bax: 'Siyasi məhbus'ların 19 nəfəri jurnalist və bloqqerdir

2013-cü il prezident seçkilərində, İlham Əliyevin rəqibi olmuş, Milli Şurasının sədri, Cəmil Həsənli deyir ki, bu seçkidə informasiya məkanının durumu pisləşib:

Cəmil Həsənli
Cəmil Həsənli

“İndi ilə müqayisədə o vaxt medianın imkanları var idi. Birincisi, ölkə daxilində media fəaliyyət göstərirdi- Azadlıq qəzeti, Azadlıqradiosu var idi. Tənqidi fikirləri demək imkanları daha böyük idi. 2013-cü ildə bizim televiziya çıxışlarımız var idi. Hələ məlum deyil ki, müxalifəti bu il televiziya çıxışı olacaq ya olmayacaq, çünki bundan əvvəlki parlament seçkilərində imkan vermədilər çıxışlara”.

Buna da bax: İlham Əliyev: 'Azərbaycanda media tamamilə azaddır'

Prezident İlham Əliyevin köməkçisi Əli Həsənov isə dünən, yanvarın 31-də, jurnalistlər üçün dövlətin tikdiyi ikinci binanın mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimində deyib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub, hakimiyyət yazılı mediaya dəstək verməlidir, yoxsa onlar fəaliyyətini dayandıracaq:

«Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur…»

Buna da bax: 'Siyahıda siyasi məhbus olmayanların adları yer alıb' - İşçi Qrupun üzvü

QHT-lərin, o cümlədən, media qurumlarının xaricdən qrant olması qaydaları 2014-cü ilin sonunda qanunla çətinləşib, tənqidçilər bunu mediaya təzyiq kimi izah ediblər.

Əli Həsənov dünənki çıxışında həm də deyib ki, jurnalistlər, Azərbaycan prezidentinin dostlarıdır və o əmindir ki, onlar seçkilərdə prezident İlham Əliyevi dəstəkləyəcəklər.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu bəyanat jurnalistlərə mesajdır:

Buna da bax: 'Siyasi məhbus' siyahısı yenilənib – 161 nəfər…

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Bu, dolayısı olaraq, həmin şəxslərə bir basqıdır ki, siz nəzərə alın ki, siz mükafatlandırıldınız, əvəzini verməlisiz. Bu baxımdan, hökumətin mövqeyi bəllidir, ənənəvi medianın sistemli şəkildə hakimiyyətin dəstəkləməsi gözlənilir".

2014-cü ilin yayında AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları layihəsinin birgə araşdırmasında deyilirdi ki, Əli Həsənovun ailə üzvlərinin nəzarətində olan media qurumları var. Məsələn, "Araz Teleradio" MMC, "Mətbuat Evi" MMC-nin təsisçisi onun oğlu Şamxal Həsənovdur.

Buna da bax: Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi [araşdırma]

"Kaspi" qəzetinin təsisçisi Əli Həsənovun xanımı Sona Vəliyevadır. Araşdırma, Beynəlxalq Mətbuat Mərkəzi, “Kaspi Mətbuat Yayımı” MMC-nin də Əli Həsənovun ailəsinin nəzarətində olduğunu iddia edirdi. Əli Həsənov həmin vaxt ailəsinə məxsus biznes qurumlarının olması iddialarını təsdiqləyib.

Əli Həsənovun biznes şəbəkəsi
Əli Həsənovun biznes şəbəkəsi

«BBC Azərbaycanca»ya danışan Əli Həsənov deyib ki, şirkətlər ailəsinin alın təri, zəhməti ilə yaradılmış qurumlardır.

Əli Həsənovun ünvanına tez-tez səslənən tənqidlərdən biri də onun faktiki olaraq ölkədəki başqa telekanalların da fəaliyyətinə nəzarət etməsidir. Hələlik prezidentin köməkçisinin özündən bu tənqidlərə hər hansı reaksiya olmayıb. Müstəqil ekspert Ələsgər Məmmədli də bildirir ki, bütün hallarda, indiki halda televiziyalar və media qurumları ya hansısa məmurun, ya da məmurlara yaxın adamların tərəfindədir. Amma reyestr məlumatları açıq olmadığı üçün telekanalların əsl sahiblərini konkret adlarla müəyyən etmək olmur.

Buna da bax: Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi [Video]

Televiziya mütəxəssisi Qulu Məhərrəmli deyir ki, tənqidçi media ilə hakimiyyət arasında soyuq müharibə gedir, dialoq mühiti yoxdur. O bildirir ki, hökumətin jurnalistlərə ev verməsi yaxşı hal deyil:

"Hökumət bunu edir və biz buna humanitar aksiya kimi baxırıq. Arzuolunandır ki, jurnalistə verilən ev, onu azad sözdən, tənqiddən çəkindirməsin".

Biz Bakıda adamlardan soruşmuşuq ki, sizcə Azərbaycanda jurnalistlər həqiqəti nə qədər doğru əks etdirə bilirlər?:

Media həqiqəti xəbərləyə bilirmi?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

“Human Rights Watch” Beynəlxalq İnsan Haqları təşkilatı keçən ay bildirib ki, hazırda Azərbaycanda 11 jurnalist həbsdədir. Hakimiyyət rəsmiləri isə heç bir jurnalistin peşə fəaliyyətinə görə həbsdə olmadığını bəyan edir.

Buna da bax: Əfqan Muxtarlı: 'Məni bu adama təhvil verdilər, cibimə pulu da o atdı...'

O ki qaldı sosial və ya online mediaya, beynəlxalq və yerli tənqidçilər durumun pisləşdiyini deyirlər. Məsələn, tənqidçi “Meydan TV” həftənin əvvəli, öz “Facebook” hesabının oğurlandığını, bir neçə gündən sonra qaytarılsa da, izləyicilərin bir qisminin silindiyini elan etdi.

Ötən ilin noyabrında, “Freedom House” təşkilatı hesabatında yazırdı ki, Azərbaycanda dezinformasiya taktikasının 5 növündən 4-ü işə salınıb. Bunlar muzdlu hökumətyönlü şərhçilərdən, iqtidaryönlü mediadan, siyasi botlardan və hesabların oğurlanmasından istifadədir.

Ələsgər Məmmədli deyir ki, seçki dönəmində online və sosial mediaya bu tipli təzyiqlərin artması mümkündür.

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

“Freedom House” beynəlxalq insan haqları təşkilatının Avropa və Avrasiya Proqramlarının direktoru Marc Behrendt bildirir ki, keçən seçkilərdən bu il alternativ fikir təqdim edən media qurumları bağlanıblar:

Marc Behrendt
Marc Behrendt

"Hökumət, 2017-ci ilə qədər internet üzərindən fəaliyyət göstərən “Meydan TV”, “Azadlıq” qəzeti, “Amerikanın səsi” və AzadlıqRadiosu-nun saytına girişi qadağan edib. Hökumət bütün əlyetərli informasiyaya çıxış üzərində tam nəzarəti ələ alıb- defamasiyaya görə, prezidentin şərəf və ləyaqətini təhqirə görə həbs müddəti verilir, jurnalistlər təqib olunur, gözüm-çıxdıya salınır. İndiki halda, müxalifət namizədlərinin seçicilərə və ya ictimaiyyətə öz mesajlarını çatdırmaq və onları seçkilər barədə qərar qəbul etməsi üçün məlumatlandırmaq imkanı çox azdır".

Hökumət bir qayda olaraq “Freedom House”u qərəzli adlandırır, tənqidləri qəbul etmir.

Bu ilin oktyabrında müstəqil Azərbaycanda 8-ci prezident seçkisi keçiriləcək.

XS
SM
MD
LG