Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

Valideynlər aprel döyüşləri zamanı ordudakı 'aclıqdan' danışırlar


Qarabağda erməni əsgəri. Aprel, 2016
Qarabağda erməni əsgəri. Aprel, 2016

Ermənistan ordusunda yeyintilər haqda iddialar ortaya çıxandan sonra əsgər ailələri də öz hekayətlərini danışmağa başlayıblar.

Aprel döyüşləri zamanı həlak olmuş serjant Robert Abramyanın atası Abram Abramyan deyib ki, meyit yarılan zaman oğlunun 3 gün heç nə yemədiyi ortaya çıxmışdı.

Bu günlərdə Ermənistanın hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı general Manvel Qriqoryanın evindən çoxlu sayda ərzaq çıxıb.

Bundan başqa qarajındakı hərbi maşınların, həyətindəki zooparkın görüntüləri yayılıb.

Ərzağın aprel döyüşləri zamanı Qarabağdakı erməni əsgərləri üçün toplandığı aşkarlanıb.

Generalın istirahət zonasından silah-sursat anbarı, maşın parkı, hətta zoopark çıxdı
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

A..Abramyan Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib:

"Deməli, o, həmin ərzaqları ayılarına yedizdirirdi, bizim uşaqlar isə yeməyə heç nə tapmırdı. Ac olmasaydı, oğlum heç olmasa ağrılarına dözə bilərdi, sağ qalardı. İndi o adamlar sağdı, bizim uşaqlarımızsa həyatda yoxdu".

Ararat rayonunda yaşayan A.Abramyan deyir ki, aprel döyüşlərindən əvvəl də əsgərlər korluq çəkiblər. Onun bildirdiyinə görə, əsgərlərə yardım aparan insanları şəxsən tanıyır, amma general onlara ərzağı öz evində saxlamağı təklif edib.

Aprel döyüşləri zamanı həlak olan kapitan Ovsep Kirakosyanın ailəsi də mənimsəmələr haqda xəbərləri ürək ağrısı ilə qarşıladığını deyir.

Ailə Eçmiədzində yaşayır. "Qriqoryan bir dəfə bizə baş çəkməyib, amma bizdən elə də uzaqda olmayan heyvanlarına daha çox qayğı göstərib. Ordunu necə talamaq olar? Onda bizim uşaqlar niyə əsgər gedirdi?"

Kapitanın ailəsi, iki uşağı hələ də gözləyir ki, dövlət onlara ev verəcək. "Bizə 4 milyon dram ayırdılar. Bununla necə ev alasan?" - deyə həlak olan zabitin həyat yoldaşı Marqarita deyir.

Marqarita düşünür ki, Manvel Qriqoryan qəhrəman adından məhrum edilməlidir: "Qəhrəman onlar deyillər. Oğru qəhrəman ola bilməz".

XS
SM
MD
LG