Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:57

ABŞ-da federal səviyyədə ölüm cəzası bərpa olunur


ABŞ həbsxanalarından birində kamera
ABŞ həbsxanalarından birində kamera

Birləşmiş Ştatlar ölüm cəzasını federal səviyyədə bərpa edir.

Belə edamlar 2003-cü ildən bəri icra olunmayıb.

Bu barədə məlumatı ABŞ Ədliyyə Nazirliyi verib.

Ədliyyə naziri və eyni zamanda ABŞ baş prokurorunun vəzifəsini icra edən William Barr deyib ki, növbəti beş edam bu ilin dekabrı və gələn ilin yanvarınadək icra olunacaq.

Ölüm cəzasına məhkum edilənlərdə qətllərdə ittiham olunurlar. Onlarınn qurbanlarının arasında uşaqlar da var.

ABŞ hakimiyyət orqanları edamları 1963-1988-ci illər arasında tamamilə dayandırmışdı.

2003-cü ildən ölkədə federal səviyyədə edamlara moratorium qoyulmuşdu.

Ədliyyə Nazirliyi həmin dövrlərdə zəhərli iynə ilə edam prosedurunu yoxlayırdı.

Edamları yalnız ştatların hakimiyyət orqanları icra edə bilərdilər.

Death Penalty Information Center təşkilatının məlumatına görə ABŞ-da hazırda ölüm cəzasına 2500 nəfər məhkum edilib.

Federal səviyyədə ən yüksək cəzaya çeçen Jokhar Tsarnaev də daxil 62 nəfər məhkum olunub.

O 2013-cü ildə Boston marafonu zamanı terror aktı törətməkdə təqsirli bilinib.

XS
SM
MD
LG