Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:23

Avropa İttifaqı karantindən ‘tədrici çıxışı’ müzakirə edəcək


Praqa metrosu
Praqa metrosu

Avropa İttifaqının liderləri bugün, aprelin 8-də koronavirus epidemiyasına görə elan edilmiş karantini tədricən yumşaltmaq yollarını müzakirə edəcəklər.

Bütün Avropa boyunca bütöv şəhər və ölkələrin bağlanması iqtisadi fəaliyyəti tamamilə dayandırıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu məqsədlə ittifaqın komissarları ilə telekonfrans formatında “məhdudlaşdırıcı tədbirlərdən çıxışa dair yol xəritəsinin zondaj debatlarını” keçirəcək.

Ursula von der Leyen
Ursula von der Leyen

Avropa İttifaqının hər bir üzv ölkəsi pandemiyanın müxtəlif mərhələlərini yaşayır və buna görə də bəzi milli hökumətlər iqtisadiyyat üzərinə təzyiqi azaltmaq məqsədilə karantındən “tədrici çıxışa” tələsirlər.

Koronavirus böhranının ilk günlərində Avropa İttifaqının 27 üzvü arasında müəyyən koordinasiyasızlıq baş verib.

Pandemiyanın başlanğıcında bəzi ölkələr karantinlə bağlı müstəqil addım atmağa məcbur olmuşdu.

Brüssel ilk dövrlərdə bu uyğunsuzluqları aradan qaldıra bilmirdi.

Avropa İttifaqının Avstriya, Danimarka və Sloveniya da daxil bir neçə ölkəsi artıq gələn həftədən məhdudiyyətləri tədricən azaltmağa başlayacağını bildirib.

Bu da qeyd olunur ki, məhdudiyyətlərin aradan qaldırılması əllərin yuyulması və sosial məsafə saxlanmasına dair təlimatların da dayandırılacağı anlamına gəlmir.

Ümid, qorxu, həyəcanla

Amma bir sıra Avropa İttifaqı ölkələri narahatdırlar ki, hətta bəzi məhdudiyyətlərin qaldırılması qitə boyunca indiyədək 51 min insanın həyatına son qoymuş pandemiyaya koordinasiyalı reaksiyanı poza bilər.

İnfeksiyadan ölüm hallarına görə bütün dünyada ABŞ-dan sonra ikinci olan İspaniyanın hökuməti aprelin 7-də bildirib ki, ərzaq qıtlığının və bahalığın qarşısının alınması məqsədilə miqrantların və işsizlərin aqrar sənayedə çalışmasına imkan verəcək.

Avropa ölkələrində kənd təsərrüfatı məhsulunun yığımında miqrant əməkçi qüvvəsi fəal iştirak edir.

Koronavirus epidemiyasını ən ağır keçirən İtaliyada hökumət normal həyata qayıdış üçün uzunmüddətli plan üzərində işləyir.

Fransanın baş naziri Edouard Philippe aprelin 7-də deyib ki, ilkin olaraq aprelin 15-dək qoyulmuş karantınin qaldırılması “bir gecədə” baş verə bilməz.

Aprelin 7-də Fransada koronavirusdan ölənlərin sayı 10 min nəfərə çatıb.

Almaniya kansleri Angela Merkel aprelin 6-da demişdi ki, onun ölkəsində martın 22-dən qüvvədə olan karantin ən azı aprelin 19-dək saxlanacaq.

O hətta deyib ki, karantindən çıxış məsələsini müzakirə etmək “hələ çox tezdir”.

Bəzi məlumatlara görə, Almaniyada karantinin qaldırılmasına bir sıra yerlərdə, əvvəlcə mağazaların və məktəblərin açılması ilə başlanması nəzərdə tutulub.

XS
SM
MD
LG