Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:06

Rusiya hərbi xərclərini azaltmağa məcbur olur


Neft qiymətlərinin kəskin düşməsi və koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ağır zərbə ilə əlaqədar Rusiya hərbi xərclərin azaldılmasını nəzərdən keçirir.

Rusiya Müdafiə Nazirliyi hökumətə hərbi xərclərin 2021 və 2023-cü illər arasında 5 faiz ixtisar olunmasını təklif edib.

Reuters agentliyi yazır ki, iyulun 20-də dərc edilmiş bu sənəddə habelə məhkəmə sisteminə xərclərin 10 faiz azaldılması nəzərdə tutulur. Eyni zamanda Rusiyanın borclarına və dövlət sektorundakı maaşlara xidmət edilməsi xərclərinin də azaldılması təklif olunub.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən və Suriya münaqişəsinə müdaxilədən bəri hərbi əzələlərini nümayiş etdiridi, lakin 2018-ci ildə hərbi xərcləri 3.5 faiz azaltdıqdan sonra ən böyük hərbi büdcəyə malik ölkələrin beşliyindən çıxmışdı.

Amma ölkə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə Rusiya 2019-cu ildə hərbi xərclərini 4.5 faiz artıraraq 65.1 milyard dollara çatdırdıqdan sonra həmin reytinqdə dördüncü yerə qayıda bilib.

Bu Rusiyanın ÜDM-nin 3.9 faizini təşkil edirdi.

Hərbi xərclərdən sosial xərclərə

Prezident Vladimir Putin bundan əvvəlki çıxışlarında daha yüksək yaşayış səviyyəsinin yaradılmasına, səhiyyə və təhsilə investisiyaların artırılmasına çağırmışdı. Bununla yanaşı bəzi hökumət rəsmiləri prezident təşəbbüslərinin icrası üçün hərbi xərclərin azaldılmasını təklif edirdilər.

Kreml 2018-ci ildə bəyan etmişdi ki, qarşıdan gələn beş ildə hərbi xərclər ÜDM-in 3 faizi həddinədək ixtisar olunmalıdır.

Rusiyada hərbi xərclər dövlət sirri hesab edilir, lakin 2018-ci ildə Müdafiə Nazirliyi bildirmişdi ki, yeni hərbi infrastrukturun 2018-2027-ci illər arasında keçiriləcək yeni silahlanma proqramına uyğun olaraq yenidən qurulmasına 20 trilyon rubl (282 milyard dolalr) ayrılacaq.

Dünya Bankının proqnozlarına görə bu il Rusiyanın iqtisadiyyatı 6 faiz geriləyəcək.

XS
SM
MD
LG