Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:43

Çin Marsa heyətsiz missiya yola salıb


Daşıyıcı raket yola salınır
Daşıyıcı raket yola salınır

İyulun 23-də Çin marsa heyətsiz missiya yola salıb. Bu layihə zamanı qırmızı planetin torpağı öyrəniləcək.

Tianwen-1 ölkənin cənubundakı Haynan adasından “Böyük yürüş 5” (“Long March 5”) daşıyıcı raketi vasitəsilə buraxılıb.

Kosmodrom yaxınlıqdakı çimərlikdən yüzlərlə adamın izlədiyi yola salma mərasimi canlı yayınlanıb.

Orbiter və zonddan ibarət missiyanın Marsa çatması yeddi ay çəkəcək.

Bu artıq bu həftə Marsa ikinci uçuşdur. İyulun 20-də Birləşmiş Ərəb Əmirliklərinin orbiteri Yaponiyadan raketlə yola salınıb.

Gələn həftə isə Birləşmiş Ştatlar Floridadan “Perseverance” adlı aparatı yola salmalıdır.

Çinin cəhdləri

Çin artıq ikinci dəfədir Marsa missiya yollamaq cəhdi edir. 2011-ci ildə Rusiya missiyasını müşayiət edən Çin orbiteri fəzada itdi. Kosmik gəmi Qazaxıstandan havaya qalxsa da Yerin orbitindən çıxa bilmədi və sonucda havada yandı.

Çinin gizli kosmik proqramı son illər sürətlə inkişaf edir. 2003-cü ildə Yang Liwei Çinin ilk astronavtı adını qazandı. Ötən ilsə “Chang’e-4” ayın görünməyən tərəfinə enən ilk kosmik aparat oldu.

Vaşinqton milli təhlükəsizlik əndişələrindən dolayı NASA ilə Çinin kosmik proqramının əməkdaşlığını dayandırdı.

Marsa enmək çətin iş sayılır. İndiyədək yalnız Birləşmiş Ştatlar bunu uğurla edə bilib, 1976-cı ildən bəri 8 dəfə Marsa kosmik aparat göndərib.

Marsı orbitdən altı kosmik aparat tədqiq edir: üçü Amerikadan, iki Avropadan və biri Hindistandan.

XS
SM
MD
LG