Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:50

Ekspert: Həm Ermənistan, həm də Azərbaycan Rusiyanın qırmızı xətlərini keçiblər


Türkiyə Dağlıq Qarabağa münaqişəsinin nizamlanmasına qoşulsa...
Gözlə

No media source currently available

0:00 0:10:11 0:00

Türkiyə Dağlıq Qarabağa münaqişəsinin nizamlanmasına qoşulsa...

Azərbaycan xarici işlər nazirinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə, oktyabrın 30-da Cenevrədə görüşü nəzərdə tutulur. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənirlir.

ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi bu qrup 25 ildən çoxdur aparılan Qarabağ sülh danışıqlarına vasitəçilik edir.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında ATƏT-in Minsk Qrupunun Münaqişənin həlli ilə bağlı işini tənqid edib.

Son zamanlar isə, ümumiyyətlə, Minsk Qrupunun tərkibinin dəyişdirilməsi, prosesə Türkiyənin də qoşulması haqda fikirlər Bakıda tez-tez rəsmilərin də dilindən səslənir.

İlham Əliyev: "Türkiyə artıq cəlb olunub"

Elə prezident İlham Əliyev dünən Rusiyanın Interfax agentliyinə müsahibəsində münaqişənin nizamlanmasında Türkiyənin sonrakı rolu haqda sualı belə cavablandırıb:

“Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin, mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq”.

Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin idarə heyətinin sədri Stepan Qriqoryan isə hesab edir ki, Türkiyənin bu münaqişədə fəal iştirakı ilk növbədə elə Azərbaycanın özünə baha başa gələ bilər:

“Türkiyə az qarışsın. Bu mənim səmimi təklifimdir. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi Azərbaycana çox baha başa gələ bilər, həm beynəlxalq münasibətlər baxımından, həm Türkiyənin reputasiyası baxımından. Mən bunu qəti şəkildə deyirəm. Türkiyənin aktiv şəkildə bu münaqişəyə müdaxilə etməsi və Azərbaycanı külli miqdarda silahla təmin etməsi region üçün çox acınacaqlı nəticələr verəcək. Yaxşı olardı ki, Türkiyə ümumiyyətlə, bu söhbətə qarışmazdı”.

Türkiyəli ekspert: Həm Azərbaycan, həm Ermənistan Rusiyanın qırmızı xəttini keçib
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

"Azərbaycan Laçını ələ keçirsə..."

German Marshall Fondunun Türkiyə ofisinin direktoru Özgür Ünlühisarcıklı isə hesab edir ki, Qarabağdakı son olaylarla bağlı həm Azərbaycan, həm də Ermənistan Rusiyanın qırmızı xəttini keçib. Onun fikrincə, ilk xətti keçən də Ermənistan olub:

“Azərbaycan Laçını ələ keçirsə, Qarabağı tamamilə işğaldan azad edə bilər. Bunu Rusiya istəyirmi, əmin deyiləm. Dolayısı ilə başlanğıcda Ermənistan Rusiyanın qırmızı xəttini keçmişdi, indi isə Azərbaycan da bu xətti keçməyə çox yaxınlaşıb. Bu əlbəttə ki, Rusiya və Türkiyə arasında, Rusiya və Azərbaycan arasında böhrana yol aça bilər. Yəni son olaylar Rusiyanın düşündüyünün, elə Türkiyənin də düşündüyündən o yana keçib. Rusiya hələ də Dağlıq Qarabağın işğaldan azad edilməsini istəmir. Rusiya 5 rayonunun geri qaytarılmasını və Azərbaycanın da bununla razı olmasını istəyir”.

Özgür Ünlühisarcıklı hesab edir ki, Azərbaycan Dağlıq Qarabağa daxil olan rayonları işğaldan azad etməyə başlasa, o zaman tərəflər arasında gərginlik arta bilər.

Sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar davam edir. Azərbaycan artıq Qarabağın bir hissəsini Ermənistan qoşunlarının işğalından azad etdiyini bildirir.

Rəsmi məlumata görə hazırda döyüşlər Laçın istiqamətində davam edir.

XS
SM
MD
LG