Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:47

İran İsraili ittiham edir


Möhsün Fəxrizadənin hücuma məruz qaldığı ərazi, 27 noyabr 2020
Möhsün Fəxrizadənin hücuma məruz qaldığı ərazi, 27 noyabr 2020

İran prezidenti Həsən Ruhani dövlət televiziyasındakı çıxışında nüvə üzrə fizik Mohsen Fəxrizadənin ölümündə İsraili ittiham edib.

Bundan əvvəl ölkənin xarici işlər nazirliyi də sui-qəsddə İsrailin əli olması bəyan edib. İslam Respublikası ali liderinin hərbi müşaviri Hüseyin Dehkan sui-qəsd intiqamının alınacağını vəd edib.
Mohsen Fəxrizadə noyabrın 27-də Tehran yaxınlığında törədilən silahlı sui-qəstdən sonra xəstəxanada ölüb. Onun olduğu avtomobil əvvəlcə partladılıb və daha sonra maşın atəşə tutulub.
Qərb ölkələrinin kəşfiyyat xidmətləri Fəxrizadənin İranın hərbi nüvə proqramına rəhbərlik etməsindən şübhələndi, hansı ki, Tehran belə bir proqramın varlığını qəti şəkildə inkar edir.
“Şəhid Fəxrizadənin öldürülməsi düşmənlərimizin ümidsizliyini və nifrətlərinin dərinliyini göstərir ... Şəhid olması bizim nailiyyətlərimizi yavaşlatmayacaq" - Reuters-in yazdığına görə, bu sözləri də İran prezidenti dövlət televiziyasındakı çıxışı zamanı səsləndirib.

İranın BMT-dəki səfiri Məcid Taxt Ravançi qətlə görə İsrailin məsuliyyət daşıdığını deyib. İRNA-nın məlumatına görə, BMT baş katibinə ünvanladığı mürciətində səfir qətlə yetirilən alimin yeni bir koronavirus infeksiyası ilə bağlı İran testinin hazırlanmasında iştirak etdiyini vurğulayıb.

Mohsen Fəxrizadə , arxiv foto
Mohsen Fəxrizadə , arxiv foto

Ərəbdilli “Al-Alam“ kanalı qətlin arxasında İsrail xüsusi xidmət orqanı olan Mossad-ın durduğunu səsləndirib və bundan əvvəl də belə hücumların olduğunu vurğulayıb.
AzadlıqRadiosunun yazdığına gör,ə “The New York Times“-ın Amerika kəşfiyyatında olan mənbəsi bu qətlin arxasında İsrail xüsusi xidmt orqanlarının ola biləcəyini ehtimal edib. Amma məlumatda vurğulanır ki, sui-qəsdin hazırlanmasında onların amerikalı həmkarlarının məlumatlı olub-olmadığı bəlli deyil.

Amma bu barədə iddiaların yer aldığı KİV-lərdə İsrailin baş verən hadisəyə hər hansı mövqeyi yer almayıb.
Qəzet qeyd edir ki, Fəxrizadənin öldürülməsi ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Tehranla münasibətləri yaxşılaşdırmaq yolunu çətinləşdirə bilər. Bayden, prezident Donald Trampın pozduğu İranın nüvə anlaşmasını yenidən bərpa edəcəyinə söz verib. Sözügedən anlaşma Tehranın nüvə silahı istehsalından imtina etməsi müqabilində Qərbin tətbiq etdiyi sanksiyaların qismən qaldırılmasını nəzərdə tuturdu.

XS
SM
MD
LG