Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 05:59

Vəkil Adil İsmayılov vəfat edib


Vəkil Adil İsmayılovun AzadlıqRadiosuna müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Vəkil Adil İsmayılovun AzadlıqRadiosuna müsahibəsi

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Adil İsmayılov bu gün, dekabrın 3-də vəfat edib.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən də bu məlumatı təsdiqləyiblər.

A.İsmayılov ADİSAD hüquq firmasina rəhbərlik edirdi. Onun bir müddət öncə koronavirusa yoluxduğu bildirilirdi. Amma ölümünün rəsmi səbəbi açıqlanmayıb.

A.İsmayılov son illər Azərbaycanda keçirilən bir çox səsli-küylü məhkəmə proseslərində vəkil kimi iştirak edib.

Adil İsmayılov kimdir

Adil İsmayılov 1955-ci ildə Bakı şəhərində doğulub. Əslən Tovuz rayonundandır. 1973-1978-ci illər arası Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universitetinin) Hüquq fakültəsini bitib.

Sovet dönəmində prokurorluq orqanlarında müstəntiq kimi fəaliyyət göstərib. Həmin dövr bir neçə səsli-küylü cinayət işlərində də dövlət ittihamçısı olub.

XX əsrin 90-cı illərindən ömrünün sonuna kimi vəkilik sahəsində fəaliyyət göstərib.

XS
SM
MD
LG