Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:06

Azad edilmiş torpaqlar – həm gəlir, həm xərc


Ağdam şəhərinin xarabalıqları
Ağdam şəhərinin xarabalıqları

Azərbaycanda gələn il iqtisadi artım gözlənilir, ümumi daxili məhsulun həcmi 2 faiz arta bilər.

Bu haqda AzadlıqRadiosuna müsahibəsində mərkəzi Londonda yerləşən analitik mərkəz-Economist İntelligent Unit-in təhlilçisi Mario Bikarski deyib.

Onun sözlərinə görə, müharibədən sonra iqtisadiyyat sabitləşəcək, koronavirusla bağlı karantin tələbləri isə gələn ildən yumşaldılacaq. Bikarski bildirir ki, gələn il illik inflyasiyanın təqribən üç faiz olacağını gözləyir.

Təhlilçi deyir ki, Qarabağda hərbi toqquşmaların baş vermə ehtimalı çox kiçik olsa da, tamamilə qeyri-mümkün sayılmır. Bununla belə, onun fikrincə, xarici investorların Azərbaycana inamı artacaq və xarici birbaşa investisiyaların həcminin yüksəlməsi gözlənilir. Mario Bikarskinin fikrincə, Naxçıvan dəhlizi açılandan sonra Türkiyə investisiyalarının xüsusi yeri olacaq:

“Mümkündür ki, Türkiyə Azərbaycana dəstək verməkdə davam etsin. Türkiyənin Qarabağa investisiya qoyması Azərbaycan və Türkiyə liderlərinin siyasi marağındadır. Ola bilsin ki, o torpaqlarda Türkiyə investisiyalarını gördük. Bu, infrastrukturun qurulması, tikinti layihələri ola bilər. Məqsəd isə Azərbaycana dəstək olmaqdır”.

"Qarabağı Türkiyə şirkətləri tikə bilər"- Beynəlxalq ekspert
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Korrupsiya üzərində qələbə olmayıb

Mario Bikarski bildirir ki, ümumilikdə Azərbaycan hökuməti iqtisadiyyatı liberallaşdırmağı hədəf götürsə də, gələn il ərzində bunu etmək, real nəticələrə nail olmaq çətin olacaq. Onun sözlərinə görə, buna səbəb, sistemin özü ilə bağlıdır.

“Biz islahatlara mane olan bəzi səbəblər görürük – Bunlar korrupsiya, hökumətin iqtisadiyyatda geniş şəkildə iştirakı və sairdir. Hökumət üçün özünün enerji sektorunda iştirakını məhdudlaşdırmaq çox çətin olacaq. Odur ki, qarşıdakı illərdə liberallaşma ilə bağlı inkişaf çox zəif olacaq. Hökumət iqtisadiyyatın liberallaşacağını vəd etsə də, bunu həyata keçirmək çox çətin olacaq”.

Mario Bikarski hesab edir ki, 2-ci Qarabağ müharibəsi ölkə iqtisadiyyatına böyük mənada ciddi təsir göstərmədi. Onun fikrincə, əsas səbəb münaqişənin lokal xarakterli olması idi.

“Çünki müharibə bütün ölkə ərazisini əhatə etmirdi. Ən əsası isə enerji sektoruna təsiri olmadı. Enerji sektoru isə Azərbaycan iqtisadiyyatının ən əsas aspektidir. Hökumətin Qarabağdakı ərazilərə investisiya qoyması dövlət büdcəsində orta perspektivdə müəyyən gərginlik yarada bilər. Üstəlik, bu investisiyalar o qədər də çox gəlir gətirməyə bilər, amma bunlar hamısı ümumi daxili məhsulun qeyri-neft sektoruna aid hissəsində baş verəcək, bu isə iqtisadiyyatın çox kiçik hissəsidir. Neft qiymətləri isə bir qədər qalxıb, bu da iqtisadiyyatın aparıcı faktoru olacaq”.

Qarabağı itirdiyi üçün Ermənistan büdcəsi 20 faiz kiçiləcək- Ekspert
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

15 milyard dollarlıq investisiya

Mario Bikarski deyir ki, gələn il azad edilmiş torpaqlar hökumət üçün həm yeni gəlir, həm də xərc istiqaməti olacaq.

Onun sözlərinə görə, gəlir gətirəcək milli sərvətlərin arasında Zod qızıl yatağının adını çəkmək olar. Bununla belə, Bikarski əlavə edir ki, həmin milli sərvətlərdən gəlir gəlməyə başlayacaqsa, bu, gələn ilin sonuna mümkün ola bilər, çünki həmin yerlərdə işi təşkil etmək vaxt aparacaq:

“Bu ərazilərə investisiya qoyuluşu 15 milyard dollar civarında qiymətləndirilir. Hökumət hər şeyi sıfırdan başlayacaq. Hökumət öz planlarını açıqlamadığı üçün daha dəqiq qiymətləndirmə aparmaq çətindir. Amma bu xərcləmələrin büdcədə böyük kəsir yaradacağını gözləmirik. Büdcə kəsiri hardasa 1 faiz gözlənilir, çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmənin həcmi böyük olacaq”.

Economist İntelligence Unit-in analitiki Mario Bikarski bildirir ki, hökumət hərbi xərcləri gələn il də onillərdir saxladığı səviyyədə yüksək saxlaya bilər. O bildirir ki, neftdən asılılıq Azərbaycan iqtisadiyyatı üçün gələn il də risk olaraq qalacaq.

Bu il sentyabrın 27-də başlayıb 44 gün davam edən müharibədə Azərbaycan 90-cı illərdə itirdiyi keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ətrafında yeddi rayonu, o cümlədən, Şuşa şəhəri, Hadrud qəsəbəsini geri qaytarıb.

Amma hələlik Qarabağda dörd rayon erməni qüvvələrinin və Rusiya sülhməramlılarının nəzarətindədir. İndilik hökumət bu hərbi kampaniya dövrünün xərcləri barədə hər hansı açıqlama verməyib.

XS
SM
MD
LG