Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

İranın nüvə fəaliyyəti narahatlıq doğurur


Rafael Qrossi
Rafael Qrossi

BMT-nin nüvə gözətçisi fevralın 23-də bildirib ki, İranın “bəyan edilməmiş” məkanda “bəyan edilməmiş nüvə materialı” saxlaması barədə xəbərlər narahatlıq doğurur.

ABŞ 2018-ci ildə 2015-ci ilin nüvə sazişindən çıxandan sonra Tehran sözü gedən müqavilə üzrə öhdəliklərindən geri çəkilib.

Beynəlxalq Atom Energetikası Agentliyi ayrı bir hesabatında İranın uranı 20 dərəcəyədək zənginləşdirdiyi barədə məlumat vermişdi.

Bu, 2015-ci il sazişinin tanıdığı limitdən 14 dəfə çoxdur.

Bu barədə narahatlığını agentliyin rəhbəri Rafael Qrossi bildirib.

İran agentliyin bu barədə suallarına hələki cavab verməyib.

Bundan əvvəl 2015-ci il sazişinin tərəfləri olan Britaniya, Fransa və Almaniya Tehranın saziş üzrə öhdəliklərindən geri çəkilməsini, BMT tərəfindən müntəzəm təftişləri ləğv etməsini tənqid etmişdi.

Bu arada İranın ali rəhbəri ayətüllah Əli Xameneyi Tehranın öz mövqeyindən geri çəkilməyəcəyini və lazım gələrsə uranı 60 dərəcəyədək zənginləşdirəcəyini bildirib.

XS
SM
MD
LG