Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:32

Putinlə rəqs edən keçmiş Avstriya nazirinə Rosneftdə vəzifə verilə bilər


Vladimir Putin gəlinlə - Avstriaynın keçmiş xarici işlər naziri Karin Knayslla rəqs edir
Vladimir Putin gəlinlə - Avstriaynın keçmiş xarici işlər naziri Karin Knayslla rəqs edir

Rusiya hökuməti Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslı Rosneft dövlət şirkətinin direktorlar şurası üzvlüyünə namizədlərin siyahısına daxil edib.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə xanım Knayslın toy məclisində qonaq olub.

Xanım Knayslın namizədliyini əks etdirən hökumət sərəncamı hüquqi informasiyaların rəsmi portalında yerləşdirllib.

AzadlıqRadiosunun Rus xidməti bunu da qeyd edir ki, keçmiş nazir direktorlar şurasına müstəqil üzv kimi namizəd göstərilib.

Keçmiş kansler də Rostneftdədir

Rosneft şirkətinin direktorlar şurasına Almaniyanın keçmiş kansleri Gerhard Şroder də müstəqil üzv kimi daxil edilib.

Buna baxmayaraq Şroder hazırda Rostneft şirkəti direktorlar şurasının həqiqi sədri vəzifəsini icra edir.

Keçmiş kansler artıq uzun müddətdir ki, Şimal Axını 2 AG şirkətinin səhmdarlar komitəsinə rəhbərlik edir.

Bu kəmər Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməlidir.

ABŞ və bir sıra Qərb ölkələri bu kəmərin çəkilməsi əleyhinə çıxış edirlər.

Karin Knaysl Avstriyanın xarici siyasət idarəsinə 2017-2019-cu illərdə başçılıq edib.

Vladimir Putin 2018-ci ildə xanım Knayslın şəxsi dəvəti ilə onun toyunda iştirak edib.

Həmin vaxt mediada Putinin gəlinlə vals oynamasını əks etdirən fotolar dərc edilmişdi.

Vladimir Putin toy məclisində iştirakının siyasətlə heç bir əlaqəsinin olmadığını bildirirdi.

XS
SM
MD
LG