Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:53

Rusiyanın Donbasda pasport paylaması ‘ilhaqa doğru addım’dır


Volodimir Zelenski mətbuat konfransında
Volodimir Zelenski mətbuat konfransında

Zelenski Vaşinqtonun Şimal axını-2 kəmərinə görə şirkətlərə sanksiyaları qaldırmaq planlarından narahatlıq bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın Ukraynanın şərqi Donetsk və Luqansk regionlarının sakinlərinə pasport paylamasını “böyük problem”, ərazinin ilhaqı yönündə ilk addım adlandırıb.

Zelenski mayın 20-də prezidentliyinin ikinci ilində keçirdiyi mətbuat konfransında deyib ki, Donbasda Rusiyanın dəstəklədiyi separatçılarla münaqişənin həlli, Rusiyanın ilhaq etdiyi Krımın “işğaldan azad edilməsi”, oliqarxlarla mübarizə onun prioritetləri sırasındadır.


527 mindən çox pasport

“Bu, ilk addımdır, çünki eyni şey Krımda baş vermişdi, Krım sakinlərinə Rusiya pasportları verilirdi. Bu, böyük problemdir”, – Zelenski üç saatlıq mətbuat konfransında bildirib.

Rəsmi TASS informasiya agentliyinə görə, 2019-cu ilin aprelindən Donbasda 527 mindən çox Rusiya pasportu paylanıb.

2014-cü ildə Rusiya Ukraynanın Krım regionunun ilhaq edəndən sonra Moskvayla Kiyevin münasibətləri kəskin pisləşib.

Son aylar isə tərəflər bir-birini Ukraynanın şərqində Ukraynanın şərqində döyüşləri qızışdırmaqda ittiham edib. Rusiya Ukrayna ilə qərb sərhədinə və Krıma qoşun yığmasını müdafiə xarakterli təlim adlandırıb.

Zelenski deyib ki, hökumətinin Donbasdakı münaqişənin həlli üzrə planları var. O, bir daha Rusiya Prezidenti Vladimir Putini ya münaqişə zonası, ya da “neytral ərazi”də danışıqlarla çağırıb.

Oliqarxların təsiri

O, Ukraynanın qərbli həmkarlarını iki ölkə arasındakı gərginliyi azaltmaq cəhdlərinə görə alqışlayıb.

Zelenski Vaşinqtonun Şimal axını-2 kəmərinə görə şirkətlərə sanksiyaları qaldırmaq planlarından narahatlıq bildirib. Həmin kəmər Rusiyadan təbii qazın Almaniyaya nəqli üçün nəzərdə tutulub. Onun sözlərinə görə. Bu addımın “Rusiyaya ciddi geosiyasi qələbə” bəxş edəcəyi riski var.

Ukrayna prezidenti ölkəni oliqarxların təsirindən azad edəcəyini deyib. Bir neçə gün öncə rusiyapərəst maqnat və deputat Viktor Medvedçuk vətənə xəyanət ittihamıyla ev dustağı edilib. Zelenski Ukrayna iqtisadiyyatını, siyasətini və mediasını oliqarxların təsirindən qurtarmaq üşün xüsusi qanunun “sxeminin demək olar hazırlandığını” vurğulayıb.

XS
SM
MD
LG