Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 05:22

Yeni 'Media haqqında' Qanunda nə var, nə yox...


'Dövlət jurnalistlərə rüşvət verir' - Mehman Əliyev
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

'Dövlət jurnalistlərə rüşvət verir' - Mehman Əliyev

Yanvarın 12-də Prezident İlham Əliyev Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanda "Media haqqında" Qanununun layihəsinin iki aya hazırlanması nəzərdə tutulmuşdu. Rəsmi qurumlar qanunun artıq hazır olduğunu bildirir. Lakin həmin qanun layihəsi hələ də ictimaiyyətə təqdim olunmayıb.

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov "Turan"a bildirib ki, qurumun da daxil olduğu İşçi qrupun hazırladığı layihə müvafiq prosedurlardan keçdikdən sonra dərc olunacaq: "Hazırda qanun layihəsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların siyahısı tərtib olunur. Qanunvericiliyə əsasən, "Media haqqında" Qanun layihəsi Milli Məclisə təqdim olunacaq, gündəliyə salınıb parlamentin saytında yerləşdiriləcək və sonra əsas müddəaların müzakirəsi, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilməsi üçün oxunuşlar başlanacaq".

R.Əhmədov qeyd edib ki, hazırda media sənayesi təmsilçilərinin bütün təklif və tələbləri qeydə alınaraq ümumiləşdirilmə aparılır. O əlavə edib ki, Media Reyestri haqqında əsas məlumatlar qanunun 8-ci fəslində yer alıb: "Qanunda qeyd olunur ki, Media Reyestri Azərbaycan Respublikasında media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılır. Reyestr "audiovizual media subyektləri", "çap mediası subyektləri", "onlayn media subyektləri", "informasiya agentlikləri" və "jurnalistlər" bölmələrindən ibarət olacaq".

Yeni media qurumu: Həm hakim, həm oyunçu rolunda
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Reyestrdə

Agentlik rəsmisinin sözlərinə görə, audiovizual media subyekti barədə məlumatları MEDİA-ya qanunda şərti olaraq Audiovizual Şura adlandırılan qurum (MTRŞ) təqdim edəcək: "Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər isə Media Reyestrinə daxil edilmək üçün özləri Agentliyə müraciət edəcəklər. Reyestrdə media subyektinin adı, loqotipi, hüquqi və faktiki ünvanları, təsisçisi haqqında məlumatlar, onlayn media subyektinin domen adının sahibi haqqında məlumat, jurnalistlərin siyahısı, onların... müqaviləsi, qəzetlərin dövriliyi, birdəfəlik tirajı, məzmunu haqqında statistik məlumatlar yer alacaq".

O vurğulayıb ki, Media Reyestrinə daxil edilmiş media subyektinə şəhadətnamə, jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək. R.Əhmədov əlavə edib ki, qanunda Media Reyestrinə daxil edilmək üçün xüsusi tələblər müəyyənləşdirilib: "Media subyektlərinin fəaliyyəti davamlı olmalı, hüquqi şəxsdirsə dövlət reyestrində qeydiyyatda, fiziki şəxsdirsə mütləq fərdi sahibkar kimi vergi uçotunda olmalıdır".

"Ali təhsili olmayan..."

Qurumun təmsilçisi vurğulayıb ki, jurnalistlər də xüsusi tələblərə cavab verməlidir: "Ali təhsili olmayan və, məsələn, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər Reyestrə daxil edilməyəcək. Eyni zamanda, jurnalistin əmək müqaviləsi olmalıdır və işlədiyi media subyekti Media Reyestrinə daxil edilməlidir. Bundan əlavə, jurnalistika sahəsi üzrə üç ildən az olmayaraq iş stajı olmalı və ya elmi, pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir".

Qulu Məhərrəmli: "Jurnalistlər pula boyun əydilər"
Gözlə

No media source currently available

0:00 0:39:15 0:00

Onun sözlərinə görə, üstəlik, şəxs jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir. R.Əhmədov bildirib ki, müraciət etmiş media subyektləri və jurnalistlər tələblərə cavab vermədikdə onların Reyestrə daxil edilməsindən imtina edilir: "Eyni zamanda, qanunvericiliyin tələbləri pozularsa, Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər Reyestrdən çıxarıla bilər".

"Bu o demək deyil ki…"

O qeyd edib ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə xüsusi jurnalist vəsiqəsi veriləcək: "Bu o demək deyil ki, MEDİA-dan jurnalist vəsiqəsi almayan şəxs jurnalist hesab edilməyəcək. Sadəcə, həmin şəxs yalnız öz redaksiyasının təqdim etdiyi vəsiqəni daşıyacaq".

R.Əhmədov əlavə edib ki, jurnalist vəsiqəsinin etibarlılıq müddəti üç ildir: "Bu vəsiqələr yalnız yerli jurnalistlərə veriləcək. Xarici jurnalistlərə vəsiqə verilmir. Onlar əvvəlki qaydada Xarici İşlər Nazirliyi tərəfindən razılıq verildikdən sonra Azərbaycanda fəaliyyət göstərə bilərlər".

"…Hökumət onun işinə nəzarətçiləri özü seçsin"

Media hüquqçusu Xalid Ağalıyev isə AzadlıqRadiosuna deyib ki, layihənin hazırlanmasına beynəlxalq, özəlliklə də Avropa Şurası ekspertlərinin cəlb edilməməsi xeyli şübhələr yaradır.

X.Ağalıyev
X.Ağalıyev

Vahid vəsiqə qaydasının tətbiqinə toxunan X.Ağalıyev deyir ki, media, jurnalistika hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirir: "Bu qayda imkan verir ki, hökumət onun işinə nəzarətçiləri özü seçsin. İnformasiya əldə etmək, hazırlamaq, yaymaq Konstitusiya ilə, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə yalnız jurnalistlərə verilən haqq deyil, hər bir vətəndaş bu haqqa sahibdir".

Onun sözlərinə görə, vahid vəsiqə qaydasını əlavə imkan yaradılması adı ilə tətbiq etmək doğru deyil.

Televiziya və radiolardakı kimi, internet televiziyalarının da lisenziya almaq qaydasına tabe etdirilməsini ifadə azadlığı hüququna uyğun saymayan ekspert daha sonra da deyib: "2005-ci ildən bütün dövlət qurumlarının üzərinə vəzifə qoyulub ki, informasiya reyestrlərini yaratsınlar. Məncə, hökumət, Media Agentliyi jurnalistlərə yardımçı olmaq istəyirsə, 16 ildir icra edilməyən bu vəzifələrini dövlət orqanlarına xatırlatmalıdırlar. Bütün mediaların reyestrinin yaradılması, reyestrə daxil olanların jurnalist sayılması kimi qaydalar ayrıseçkilikdir".

O qeyd edib ki, texniki məsələ olaraq, mediaların reyestri onsuz da mövcuddur, hökumətin əlindədir: "Belə olan halda, əlahiddə bir reyestrin yaradılması medianı, jurnalistləri daha rahat kontrol etmək, yönəltmək, sıxma-boğmaya salmaq niyyətindən xəbər verir".

XS
SM
MD
LG