Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:39

Səhiyyə naziri: ‘Almaniyada hamı vaksinlənəcək, sağalacaq, ya da öləcək’


Almaniyanın səhiyyə naziri Yens Şpan
Almaniyanın səhiyyə naziri Yens Şpan

Qarşıdan gələn aylarda aımanların əksəriyyəti “vaksinlənəcək, sağalacaq, ya da öləcək”.

Bunu noyabrın 22-də Almaniyanın səhiyyə naziri Yens Şpan deyib. Almaniyanın qonşusu Avstriya yenidən ümumölkə karantininə qayıdıb.

The Guardian yazır ki, Almaniyada xəstəxanaların və reanimasiya şöbələrinin dolmasına az qalır, tibb personalı və tənəffüs aparatları çatışmır.

Həkimlər xəstə çoxluğuna görə triaj və ya tibbi seçim üsulundan istifadəyə hazırlaşırlar. Bu sistemdə həkimlər yalnız onların fikrincə sağ qalmaq şansı daha çox olanları müalicə edəcəklər.

Almaniyanın səhiyyə naziri bununla bağlı bəyanat verib:

“Yəqin ki, bu qışın sonunadək Almaniyada az və çox hamı vaksinlənəcək, sağalacaq, ya da öləcək. Bu, qəddar səslənir, amma reallıq belədir”.

Şpan deyib ki, Delta variantının yayılması onun proqnozunu inandırıcı edir və hökumət buna görə də adamları israrla peyvənd olunmağa çağırır.

Kansler Angela Merkel deyib ki, hökumətin koronavirisun yayılmasının qarşısının alınmasına yönəlmiş səyləri kafi deyil və daha sərt tədbirlərə ehtiyac var:

“Biz çox dramatik vəziyyətdəyik. Hazırda görülən işlər yetərli deyil”.

Avstriyada COVID-19-un 7 gün ərzində yoluxma əmsalı hər 100 min nəfər üçün 1107 nəfərə çatıb. Almaniyada bu rəqəm 409.2, Britaniyada 422.7-dir.

Hollandiya və Qvadelupada pandeyima qaydalarına etirazlar

Hollandiyada artıq ikinci gecədir ki, COVID-19 epidemiyası ilə bağlı hakimiyyətin məhdudlaşdırıcı tədbirlərinə qarşı kütləvi etirazlar iğtişaşlarla müşayət olunmaqdadır.

30-a yaxın etirazçının saxlandığı, polislər arasında xəsarət alanların olduğu bildirilir.

Xorvatiyada etirazlar
Xorvatiyada etirazlar

Ən kütləvi etirazlar Haaqa şəhərində olub. Xəbər verilir ki, etirazçılar velosipedləri və skuterləri yandırıb, polis əməkdaşlarına daşa basıb, fişənglər atıblar . Polis su şırnaqlarından istifadə edib.

Şənbə gecəsi Rotterdamda da iğtişaşlar başlayıb, bu aksiyalarda 50-yə yaxın adam saxlanılıb.

Koronavirusa yoluxanların sayında artımlardan sonra nonyabrın 21-də Holladiyada qismən karantin rejimi tətbiq edilib - xüsusən də bar, restoran və mağazaların işi məhdudlaşdırılıb.

4 nəfərdən çox qruplarda yaxşı şərait olmadan bir araya gəlmək qadağan edilib.

Məhdudiyyətlərə qarşı AB-nin digər ölkələrində də etiraz aksiyaları keçirilir. Noyabrın 20-də Vyanada karantin əleyhdarlarının kütləvi mitinqi keçirilib - on minlərlə nümayişçi Avstriya hakimiyyətinin noyabrın 22-dən etibarən azad hərəkəti təxminən 20 gün məhdudlaşdırmaq və bütün əyləncə müəssisələrini, kafe və restoranları bağlamaq qərarına etiraz edib.

Xorvatiyanın paytaxtı Zaqrebdə də kütləvi etiraz aksiyası keçirilib.

Fransa hakimiyyəti Cənubi Amerika sahillərində, Qərbi Hindistanda yerləşən Qvadelupa adasına (Fransanın Karib dənizinin şərq hissəsindəki regionu və dəniz departamenti )xüsusi polis dəstəsi göndərib.

Bəzi məlumatlara görə, yanğınla müşayiət olunan iğtişaşlar zamanı polis əməkdaşlarına atəş açılıb. Adada komendant saatı tətbiq edilib. Etirazçılar tətbiq edilən sərtləşmə qərarlarına və tibb işçilərinin məcburi peyvənd edilməsinə etiraz edirlər.

XS
SM
MD
LG