Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:37

Erdoğanla Putin Cənubi Qafqazdan danışıblar


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (arxiv fotosu)
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan (arxiv fotosu)

Yanvarda Türkiyə və Ermənistanın xüsusi elçiləri ilk dəfə Moskvada bir araya gələcək, münasibətlərin normallaşdırılması üzrə danışıqlara start verəcəklər

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğanla qarşılıqlı əlaqələri gücləndirməyi vəd ediblər.

Tərəflər yanvarın 2-də telefonla danışıblar. Kremlin məlumatın görə, iki lider “ikitərəfli əməkdaşlığı nəzərdən keçirib, Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsini davam etdirmək qətiyyətini təsdiqləyiblər”.

Suriya, Liviya böhranları

“Tərəflər həmçinin qlobal məsələlərə, Rusiyanın təhlükəsizliyinə zəmanət verəcək, hüquqi qüvvəsi olan razılaşmalar hazırlamaq təklilərinə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya böhranlarını həll etmək cəhdlərinə toxunublar”, – bəyanatda deyilir.

Türkiyənin Kommunikasiyalar Direktorluğu tərəflərin münasibətləri təkmilləşdirməyə yönəlik addımlara diqqət ayırdığını bildirir.

“Qafqaz, Suriya və Liviya, eləcə də regional və beynəlxalq məsələlər görüşdə müzakirə olunub, bütün sahələrdə Türkiyə-Rusiya əməkdaşlığının irəli aparılması qətiyyəti vurğulanıb”, – Türkiyə tərəfi qeyd edib.

2021-ci ilin ən yadda qalan beynəlxalq hadisələri (İcmal)
Gözlə

No media source currently available

0:00 0:08:08 0:00

Ukrayna

Bu arada NATO-nun ikinci böyük ordusuna malik Türkiyənin Ukraynaya dronlar daxil silah verməsi Moskvanı qəzəbləndirib. Ukrayna oktyabrın sonunda ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı həmin dronlardan ilk dəfə istifadə edib.

Türkiyənin həm Kiyev, həm Moskva ilə münasibətləri yaxşıdır, amma Moskvanın Ukraynanın Krım yarımadasını tutmasınnı tənqid edib, Ukraynanın ərazi bütövlüyünə dəstək bildirib.

Rusiya isə Ukrayna ilə sərhəd yaxınlığına 100 minədək əsgər yığmaqla narahatlığa səbəb olub. Qərb onun Ukraynaya qarşı mümkün hücuma hazırlaşdığını güman edir. Moskva Birləşmiş Ştatlar və NATO-dan təhlükəsizlik zəmanətləri tələb edib.

Moskva özəlliklə NATO-nun Ukraynanı və digər post sovet ölkələrini heç vaxt üzvlüyə qəbul etməməsini, Mərkəzi və Şərqi Avropada hərbi fəaliyyətini məhdudlaşdırmasını tələb edir.

Cənubi Qafqaz

Rusiya və Türkiyə Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün də əməkdaşlıq edirlər. 2020-ci ilin sonunda 44 günlük Qarabağ müharibəsindən sonra Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Yanvarda Türkiyə və Ermənistanın xüsusi elçiləri ilk dəfə Moskvada bir araya gələcək, münasibətlərin normallaşdırılması üzrə danışıqlara start verəcəklər.

Suriya və Liviyada isə Rusiyayla Türkiyə qarşı tərəfləri dəstəkləyirlər, amma münaqişənin səngiməsi üçün ümumi əməkdaşlıq edirlər.

XS
SM
MD
LG