Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:39

Finlandiya və İsveç elə bu yay NATO üzvü ola bilər - Qərb mediası


İsveç hərbçiləri
İsveç hərbçiləri

The Times qəzetinin mənbələri bildirirlər ki, bu iki ölkənin alyansa daxil olması NATO-nu son dərəcə gücləndirə bilərdi

Finlandiya və İsveç elə bu yay NATO-ya üzv olmaq məsələsini nəzərdən keçirirlər.

Bu barədə Britaniyanın The Times qəzeti ABŞ rəsmilərinə istinadən yazır.

Həmin mənbə bildirib ki, bu ölkələrin şimal alyansına üzvlüyü məsələsi ötən həftə NATO xarici işlər nazirlərinin müşavirəsində geniş müzakirə olunub.

Bu iclsada İsveç və Finlandiya nazirləri də iştirak edirdilər.

The Times qəzetinin mənbələri bildirirlər ki, bu iki ölkənin alyansa daxil olması NATO-nu son dərəcə gücləndirə bilərdi.

Əgər bu baş verərsə NATO üzvlərinin sayı 32-yə çatacaq.

Ukrayna ordusunun Rusiyanın yeni hücumlarını dəf etdiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Ukrayna müharibəsinədək

Hazırda Finlandiya və İsveçin statusu neytraldır. Lakin Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hərbi müdaxiləsindən sonra Oslo və Helsinkidə ölkələrin NATO üzvlüyü məsələsini ciddi müzakirə etməyə başlayıblar.

NATO-nun baş katibi Yens Stoltenberq ötən həftə demişdi ki, Finlandiya və İsveç alyansa sürətləndirilmiş qaydada qəbul oluna bilər.

Hazırda NATO öz üzvlərinin Rusiya ilə sərhədləri boyunca daimi canlı qüvvə və texnika yerləşdirilməsi planları üzərində işləyir.

Onun sözlərinə görə, NATO bu prosesdə Rusiya prezidenti Vladimir Putinin uzaq gedən ambisiyalarını nəzərə alır.

Rusiyanın Ukraynaya hücumundan əvvəl NATO-nun şərq cinahındakı qüvvələri elə də çoxsaylı deyildi.

Lakin indi NATO Rusiyanın bütün hərəkətlərinə hazır olmaq üçün şərq cinahını sürətlə möhkəmləndirir.

XS
SM
MD
LG