Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Taliban qadınların universitetdə oxumasını qadağan edir


Oktyabrda Kabil Universitetinə qəbul imtahanı keçirilib
Oktyabrda Kabil Universitetinə qəbul imtahanı keçirilib

Əfqanıstandakı Taliban hökuməti qadınların universitet təhsili almasını qadağan edib. Bu, ölkədə qadın və qızların hüquq və azadlıqlarının məhdudlaşdırılması yönündə ən son tədbirdir.

Ötən il hakimiyyətə gələn sərt xətt tərəfdarı islamçılar 1990-cı illərdəkindən daha yumşaq siyasət vəd edirdilər. Ancaq qadınların həyatının bütün aspektlərinə məhdudiyyətlər gücləndirilib.

Nazirliyə məlumat verməlidirlər

Dekabrın 20-də yayılmış bildirişdə Taliban hökumətinin ali təhsil nazirinin sərəncamına istinad edilir.

“Hamınıza qadınların təhsilini dərhal dayandırmağınız haqda məlumat verilir”, – Ali təhsil naziri Neda Məhəmməd Nadimin izasıyla hökumət və özəl universitetlərə göndərilən məktubda deyilir.

Məktubda qeyd olunur ki, bu qadağayla bağı görülən işlər haqda nazirliyə məlumat verilsin.

Bildiriş nazirliyin vebsaytında dərc olunmasa da, nazirlikdəki mənbələr onun həqiqiliyini Əfqan İslam Mətbuatı (AIP) xəbər agentliyinə təsdiqləyib. Nazirliyin sözçüsü Ziyaulla Haşimi də “AFP”yə yazılı mesajında sərəncamı təsdiqləyib.

Yalnız ibtidai təhsilə icazə verilir

Hökumətin bu qərarı nə vaxt verdiyi aydın deyil. Məktubun tarixi 2022-ci il 20 dekabr göstərilib. Ancaq onda qərarın Talibanın istifadə etdiyi Hicri-Qəməri təqvimiylə ötən il verildiyi bildirilir.

Taliban artıq məktəbli qızların ibtidai sinifdən yuxarı təhsilini qadağan edib. Universitetlər isə qadın tələbələrin üzünə açıq idi, ötən üç ay ərzində qadınlar və qızlar universitetlərə qəbul imtahanları veriblər.

Talibanın İslamın sərt versiyasını həyata keçirməsi Kabildə bir çox məmurların ürəyincə deyil. Əfqanların çoxu qızlarının təhsilini davam etdirəcəyinə ümid edirdi.

Beynəlxalq ictimaiyyət Taliban rejiminə yardım və onun tanınmasına dair danışıqlarda bütün qadınların təhsilini əsas məsələ kimi qoyub.

XS
SM
MD
LG