Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:59

Ukraynadakı müharibədən qaçan Rusiya əsgərləri 


Orduya çağırışçılar Rusiya Ordusunda xidmətə yola düşməzdən əvvəl Yeqorşino vilayət toplanış məntəqəsində növbəyə düzülürlər.
Orduya çağırışçılar Rusiya Ordusunda xidmətə yola düşməzdən əvvəl Yeqorşino vilayət toplanış məntəqəsində növbəyə düzülürlər.

Bu ilin əvvəlində Ukraynanın Baxmut şəhəri ətrafında qızğın döyüşlər getdiyi bir vaxtda rusiyalı çağırışçı oradan necə qaçıb canını qurtarmağın yollarını axtarırdı.

Şərti adı Anton olan əsgərə avqustda iki həftəlik məzuniyyət verilmişdi.

"Elə ilk gündən bu məsələni araşdırmağa başladım. İnterneti ələk-vələk elədim. Nə? Necə? Harada?", – Anton hazırda açıqlanmayan məkandan AzadlıqRadiosunun VOA ilə birgə layihəsi olan "Current Time"a deyib.

AzadlıqRadiosunun əməkdaşı Timofey Rojanski yazır ki, Anton Ukraynadakı hərbi hissələrdən getdikcə daha çox fərarilik etdiyi deyilən rusiyalı əsgərlərdən yalnız biridir.

Dəqiq statistika olmasa da...

Bununla bağlı dəqiq statistika yoxdur. Amma "Mediazone" media orqanının məlumatına görə, 2023-cü ilin birinci yarısında hərbi hissələri icazəsiz tərk etməyə görə rusiyalı əsgərlərə 2 min 76 cinayət işi açılıb. Bu, 2022-ci ildəkindən iki dəfə, müharibədən öncəki 2021-ci ildəkindən üç dəfə çoxdur. Təhlilçilər Kremlin ordu barədə informasiya gizlətməyi hədəfləyən sistematik səyləri fonunda real rəqəmlərin daha yüksək olduğunu deyir.

Təqib olunma riskinə baxmayaraq, daha çox rusiyalı çağırışçı bunu gözə alır. Gürcüstanda yerləşən "Idite Lesom" (Meşədən keçərək gedin) antimüharibə təşkilatı rusiyalı əsgərlərin fərarilik etməsinə yardım göstərir. Qurum bildirir ki, ordudan qaçmaq istəyənlərin xahişlərinin 18 faizi oktyabrda sənədləşdirilb.

Rusiyalı çağırışçılar Rostov vilayətinin Bataysk şəhərindəki hərbi qəbul mərkəzinə toplaşırlar.
Rusiyalı çağırışçılar Rostov vilayətinin Bataysk şəhərindəki hərbi qəbul mərkəzinə toplaşırlar.

"Rotasiya yoxdur, məzuniyyətə çıxmaq çox çətindir. Məzuniyyətə gedənlər, yaxud hospitala düşənlər deyirlər ki, bu onların müharibəyə dönməməsi üçün yeganə çıxış yoludur", – "Idite Lesom"un fəalı Dariya Berq deyib.

Son həftələr rusiyalı əsgərlərin həyat yoldaşlarının da səsi ucalır. Onlar Kremlin arqumentinə qarşı çıxırlar. Moskva Ukraynada qələbə çalanadək səfərbərlərin döyüşməli olduğunu vurğulayır.

Hərbçilərin həyat yoldaşları dilə gəlib

Britaniyanın Müdafiə Nazirliyi dekabrın 2-də yaydığı kəşfiyyat bülletenində noyabrda Moskvada kiçik etirazların keçirildiyini bildirir.

Belə ki, noyabrın 27-də əsgər arvadlarının onlayn qrupu "qeyri-müəyyən" səfərbərliyə qarşı manifest dərc edib. Ancaq dərhal da ona "saxta" xəbərdarlıq etiketi vurulub. Sonuncu addım, güman ki, kremlyönlü qüvvələrin təhriki ilə gerçəkləşdirilib.

Bu arada Rusiyanın döyüş itkilərinin artdığı xəbər verilir. İşğalçı qüvvələr Şərqi Donbas vilayətindəki Avdeyevka şəhərini ələ keçirməyə çalışırlar. İtkilərin məhz bu hücumla əlaqədar çoxaldığı bildirilir.

Nə Moskva, nə də Kiyev hərbi itkiləri vaxtlı-vaxtında açıqlayır, hər ikisi qarşı tərəfin itkilərini şişirdir. Rusiya rəsmən azı 6 min hərbçinin öldüyünü təsdiqləyib, amma real rəqəmin daha yüksək olduğu güman edilir.

İyulda yayılmış ilk müstəqil statistik təhlilə görə, Ukraynadakı müharibədə 50 minədək rusiyalı həlak olub.

Səfərbər edilmiş rusiyalı hərbçilər şikayətlərə və ya itaətsizliyə görə cəza olaraq "çuxur" kimi tanınan cərimə otağında saxlanılırlar.
Səfərbər edilmiş rusiyalı hərbçilər şikayətlərə və ya itaətsizliyə görə cəza olaraq "çuxur" kimi tanınan cərimə otağında saxlanılırlar.

Müharibədən qaçmaq şansı çox azdır

Berqin fikrincə, döyüş zonasından qaçmaq istəyənlərin şansları çox azdır.

"Bunu etmək çox çətindir, çünki döyüş zonasında səni öldürməsələr, çalalara salacaqlar. Burası həbsxana kimidir, fərarilik etmək istəyəni soyundurub ağaclara bağlayırlar. Şərait dözülməz olur", – Berq danışır.

Rusiyanın İvanovo vilayətindən olan Anton yayda Baxmuta, mayda oradan çıxmış "Vaqner" muzdlularının yerinə göndərilib. Rusiya qüvvələri Baxmutu mayda 220 günlük ağır döyüşlərdən sonra ələ keçirmişdi.

Anton avqustda iki həftəlik məzuniyyətə çıxıb. Evə qayıdandan sonra "Idite Lesom"un köməyi ilə ölkədən çıxa bilib. O, həmişə müharibəyə qarşı çıxdığını, ancaq səfərbərlikdən yayınmaq üçün pulu olmadığını deyir.

Rusiyada bu yaxınlarda keçirilmiş rəy sorğusuna görə, 2022-ci ilin fevralında işğal başlayandan bəri ilk dəfə olaraq daha çox rusiyalı hökumətin Ukrayna ilə sülh danışıqlarına başlamasını istəyir, nəinki müharibəni davam etdirməsini. Ancaq avtoritar Rusiyada ictimai əhvalı qiymətləndirmək o qədər də asan deyil.

XS
SM
MD
LG