Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:25

Azərbaycanda iri şirkətlər qrupu qəfil «köynəyini» dəyişdi


Sinergy Group-a daxil "Excelsior Hotel Shamkir"
Sinergy Group-a daxil "Excelsior Hotel Shamkir"

►MMC-yə çevrildiyini açıqladı

«AtaHolding»dən sonra «Synergy Group» da səhmlərini ləğv edərək, açıq səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətə çevrildi.

Sözügedən qrup bu məlumatı martın 2-də açıqlayıb və MMC-yə çevrildiyini bildirib. Hər birinin nominal dəyəri 2 manat olan 25 milyon ədəd səhmin də dövriyyədən çıxarılmağa başlandığı diqqətə yetirilir. Səhmdarlar bu barədə qərarı hələ fevralın 1-də açıqlamışdılar.

Səhmdar cəmiyyəti kimi 2010-cu ilin yanvarın 25-də yaradılan «Synergy Group» bu illər boyunca sürətlə böyüyüb. Qrupun tərkibinə, azı, 20 rəsmi şirkət daxildir. Əsasən, regionlarda fəaliyyət göstərən bu şirkətlərin bir çoxu istehsal təyinatlıdır. Ötən ildən bəri qrupun öz bankı da var.

Qrupa daxil «SyberNet», «Bestpack», «B.N.M», «Renaissance Construction Azerbaijan» şirkətləri çox sayda dövlət sifarişini icra edib.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

«Synergy Group»un rəhbəri kimdir?

Qurulandan bəri «Synergy Group»a Əşrəf Kamilovun rəhbərlik etdiyi bildirilir. Səhmlərin 99 faizi ona məxsusdur. Düzdür, media dəfələrlə bu şirkətlər qrupunun nazirlərdən birinə aid olduğunu yazıb, amma indiyədək hər hansı təkzibə rast gəlinməyib.

Bir çoxları «Synergy Group»da çalışan rəhbər şəxslərin daha öncə Vergilər Nazirliyində və «AtaBank» ASC-də yüksək mənsəb sahibi olmasını da təsadüfi saymır. Maliyyə hesabatına görə, 2013-2014-cü ildə şirkətə 92 milyon manat vəsait yatırılıb. Amma 2014-cü ildə şirkətdən 142,4 milyon manat pul çıxarılıb. Elə həmin il qrupun 9 şirkətinin adına «AtaBank» ASC-dən toplam 137 milyon manat kredit götürülüb.

«Synergy Group»da səhmdar cəmiyyəti formasından imtinanın səbəbini AzadlıqRadiosuna izah etməyiblər.

Milli qanunvericilikdə səhmdar cəmiyyətindən fərqli olaraq, MMC-dən mülkiyyətçi adlarının ictimaiyyətə açıqlanması tələb olunmur.

Buna da bax...

Özbək qadın: “Mənə əmri Allah verib”
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

XS
SM
MD
LG