Rus telekanalı Ukrayna siyasətçiləri barədə saxta məlumat yayıb
Rusiyanın «Zvezda» telekanalının saytı Ukrayna siyasətçiləri barədə bir məlumat yayıb. Guya baş nazir Arseniy Yatsenyuk Fransanın RFI (Radio France International) radiosuna müsahibəsində Yulia Tymoshenko-nu ona qarşı cinsi təcavüz etməkdə günahlandırıb.
Müsahibə götürən RFI-nin müxbiri Elena Servettaz-ın özü isə dərhal «Facebook»da bəyanat paylaşaraq bildirib ki, Ukraynanın baş naziri onunla seksdən danışmayıb.
"Onun kəsdiyi başa sorğu-sual yox idi"
1999-2006-cı illərdə maliyyə naziri işləmiş Əvəz Ələkbərov Modern.az saytına Eldar Mahmudovla bağlı açıqlamalar verib.
Eks-nazir deyib: "Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaratdı. Camaatı bir-birinə vurdu. Öz maraqları çərçivəsində kimisə qabağa çəkdi, kiməsə zərbə vurdu, kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli idi. Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi. Çox hadisə olub. Hamısını deyə bilmərik axı. Sözü də deyəndə söz naminə yox, əsaslı demək lazımdır. Yeri gəlmişkən, Çingiz Abdullayevin yeni dedektiv romanlar yazması üçün mövzular var”.
Bu günki AzadlıqLive-da:
Cəmil Həsənli Amerika təşkilatının mükafatına layiq görüldü
Tutulan 7 MTN-çinin adı açıqlandı, əvvəlki adlardan fərqlidir
Satirik şair narkotik satır?
İlham Əliyev gömrüyü sadələşdirir
GömrükAzərbaycan prezidenti İlham Əliyev gömrükdə bəzi yoxlamaların sadələşdiriməsi haqda fərman imzalayıb. APA-nın məlumatına görə, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.