Axtarışa verilən azərbaycanlı Əfqanıstana keçmək istərkən tutulub
Rusiyada polis polkovniki və 5 ailə üzvünü xüsusi qəddarlıqla qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı dəstənin 4-cü üzvü də yaxalanıb.
Qətlin əsas təşkilatçısı hesab edilən və beynəlxalq axtarışa verilən Məhəmmədəli Əhmədov Tacikistandan Əfqanıstana keçmək istərkən ələ keçirilib. Onun 15 saat ərzində Sızrana gətiriləcəyi bildirilir. Bunu Rusiya KİV-ləri xəbər verir.
Cinayətdə şübhəli bilinən digər 3 azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Onlar artıq istintaqa ifadə veriblər. Saxlanılanlardan biri evə oğurluq məqsədi ilə girdiklərini, lakin qorxudan hamını öldürdüklərini bildirib.
Din azadlığının durumu pisləşir
Ötən il dünyada din azadlığının durumu pisləşib. Bu barədə ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) mayın 2-də açıqladığı hesabatda deyilir.
Hesabata görə, qlobal qaçqın böhranı, siyasi çəkişmələr və iqtisadi əlaqələrin pozulması “cəmiyyətdə dözümsüzlüyə” gətirib.
USCIRF 17 ölkəni “birinci dərəcəli” qrupa salıb, yəni bu ölkələrdə “din azadlığı ciddi şəkildə, sistematik, hərtərəfli pozulur”. Bu ölkələrə İran, İraq, Tacikistan, Türkmənistan, Pakistan və Özbəkistan daxildir. “İkinci dərəcəli” ölkələrdə isə din azadlığının pozulması halları sıx monitorinq tələb edəcək səviyyədə ciddidir. Əfqanıstan, Azərbaycan, Qazaxıstan və Rusiya bu qrupda yer alıb.
"Məmurlar pambıq əkənləri aldatmaq istəyir"
Azadlıq A-live-da: Hökumətin pambıqçılığı inkişaf planları. Şübhələr hardandır? Xədicə İsmayıl UNESCO mükafatı aldı, Rusiyada məhv edilən almalar
Iranın növbəti prezidenti
İranın keçmiş prezidenti Mahmoud Ahmadinejad və indiki lideri Hassan Rouhani növbəti seçkilərdə rəqib ola bilərlər. Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır. Media icmalı