Twitterdə online sorğu keçiririk. Siz də sorğuda iştirak edə bilərsiz
Baş nazirin mətbuat katibi təkzib edir
Ermənistanın baş nazirinin mətbuat katibi Goar Pogosian öz Facebook səhifəsində Qarabağı tanımaq layihəsini hökumətin təsdiq etdiyini təkzib edib. O, dəqiqləşdirir ki, hökumət bu layihəni şərtlə təsdiqləyəcək, vəziyyətdən asılı olaraq. O yazır ki, hökumət hələ təsdiqləməyib.
HƏRBİ ƏMƏLİYYATLARI ƏNGƏLLƏMƏK
Türkiyədə mənzillənən Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay hesab edir ki, Ermənistan bu qanun layihəsi ilə Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparması ehtimalını əngəlləmək istəyir: “Ermənistan “Dağlıq Qarabağı tanıyarıq” deyə Azərbaycanın orda müharibə başlaması ehtimalını sıfıra endirmək istəyir. Ancaq bu, qısa zamana hesablanıb”.
"ERMƏNİSTANIN NİYYƏTİ BƏLLİ OLACAQ"
AXCP sədri Əl Kərimli deyir ki, Ermənistanın Dağlıq Qarabağı tanıyıb-tanımaması onun niyyətini bəlli edəcək: “Bəlli olacaq ki, Ermənistan danışaraq hansısa kompromisə gəlmək istəyir, yoxsa özünü istədiyi kimi aparmağa çalışır. Yox, əgər özünü istədiyi kimi aparacaqsa, danışıqların nəticəsini gözləməyəcəksə, Minsk qrupu çərçivəsində gedən prosesləri pozmuş olacaq. Azərbaycan da bunu belə qiymətləndirməlidir”.