Polisin işi ağırlaşır
Bundan sonra polis saxladığı şəxslərə təkcə bunun əsaslarını yox, həm də səbəblərini, şübhənin mahiyyətini də izah etməli olacaq. Parlament «Polis haqqında» Qanuna bununla bağlı dəyişiklik edib.
Zakir Həsənov Qalip Mendi ilə nədən danışdı
Mayın 5-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda rəsmi səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə nazirliyinin saytı bildirir ki,
General-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.
Sürücülük vəsiqəsi Türkiyədə işləyəcək
"Azərbaycan Respublikası ilə Türkiyə Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış saziş təsdiq edilib.
Bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında təsdiq edilib.