Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:09

Jurnalist həbsləri son 30 ildə ən yüksək həddə çatıb


Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?

Dünyada həbs olunan jurnalistlərin sayı son 30 ildə – Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bu statistikanı hesablayandan ən yüksək həddə çatıb. Qurum bu gün – dekabrın 14-də hesabat yayıb.

Bu il dekabrın 1-dək dünyada rekord sayda – 363 jurnalist həbsdə olub ki, bu da 2021-ci illə müqayisədə 20 faiz çox deməkdir.

İranda dekabrın 1-dək 62 jurnalist həbsdəydi. İran bu göstəriciyə görə ötənilki 10-cu yerdən 1-ci yerə yüksəlib.

22 qadın jurnalist

Təhlükəsizlik qüvvələri sentyabrda başlanan etirazları amansızlıqla yatırdır. Etirazlar başlayandan həbsə atılan 49 jurnalistdən 22-si qadındır. Hakimiyyət nümayişlər barədə həqiqətin yayılmasını önləməyə çalışır.

İranda etirazlara hicab qaydasını pozduğu deyilən gənc qadının polisdə ölümü səbəb olub. Nümayişlərdə azadlıq, demokratiya şüarları səslənir.

Jurnalist həbslərinə görə İrandan sonra Çin, Myanma (Birma), Türkiyə və Belarus gəlir. Bu ölkələrin avtokrat liderləri mətbuatı susdurmağa çalışırlar.

“Həbsdə rekord sayda jurnalistin olması dünyada demokratiyanın durumunun pisləşdiyini göstərir”, – CPJ-nin prezidenti Codi Ginsberq (Jodie Ginsberg) deyib.

Hökumətlər mətbuatı cəzalandırmaq üçün ittihamlara, hüquqi strukturlardan sui-istifadəyə əl atırlar, faktiki xəbərləmə işini kriminallaşdıran, qarışıq ifadələri qanunvericiliyə salırlar. Bu il 131 halda həbsə atılan jurnalistlərə heç bir rəsmi ittihamın irəli sürülmədiyi bildirilir.

Əfqanıstan, ABŞ

CPJ İraq, İran və Türkiyədə kürd jurnalistlərin həbsini, onlarla rəftarı bu qrupa qarşı sistematik təqibi ortaya çıxardığını yazır.

Əfqanıstan isə 12 illik fasilədən sonra CPJ-nin reytinqinə qayıdıb, bu ölkədə 3 jurnalist həbsdədir. Ötən il Taliban qruplaşması hakimiyyətə qayıdandan ölkədə mətbuat azadlığı sahəsində də ciddi geriləmə yaşanır.

Çində 43, Myanmada 42, Vyetnamda 21 jurnalistin həbsdə olduğu bildirilir.

Amerikalarda həbsdə olan jurnalistlərin sayı azdır – Nikaraquada 2, Kubada bir, Qvatemalada bir jurnalist həbsdədir. Ancaq 2022-ci ildə ABŞ-da 12 jurnalistin saxlandığı, dekabrın 1-dək buraxıldığı xəbər verilir.

CPJ Avropa və Orta Asiyada mətbuat azadlığının hücuma məruz qaldığını bildirir. Türkiyədə 40, Belarusda 26 jurnalistin həbsdə olduğu bildirilir.

Azərbaycan

Azərbaycandan CPJ-nin siyahısına KİM TV internet televiziyasının aparıcısı Abid Qafarov və Xəbərman, Press.az-ın rəhbəri Polad Aslanov düşüb.

Qafarov bu ilin iyulunda böhtan və təhqirdə təqsirli bilinib, ona 1 il həbs cəzası kəsilib. Özü isə ittihamları qəbul etmir, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını deyir. Tərtər işi azərbaycanlı hərbçilərin Ermənistanın xüsusi xidmət orqanları üçün casusluq ittihamlarını əhatələyir. Bu iş yenilənib, onlarla hərbçiyə bəraət verilib.

Maaş az, reklamda inhisar, qeyri-azad mühit - jurnalist necə çalışsın?
Gözlə

No media source currently available

0:00 0:06:11 0:00

Dövlətə xəyanətdə suçlanan Aslanova 16 illik azadlıqdan məhrumetmə cəzası kəsilib, bu ilin fevralında 13 ilə endirilib. Aslanov özünü təqsirsiz sayır, sırf jurnalist fəaliyyətinə, DTX əməkdaşlarının korrupsiya əməlləri haqda materiallar yayımladığına görə cəzalandırıldığını bildirir.

Azərbaycan hakimiyyəti media azadlığının pozulması haqda beynəlxalq qurumların tənqidlərini qəbul etmir. Ölkədə digər təməl azadlıqlar kimi media azadlığının da tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG