Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Manata bir təzyiq də FED-dən gələcək


Manat/Dollar
Manat/Dollar

Amerika Mərkəzi Bankı – Federal Ehtiyat Sisteminin (FED) Dallas rəhbəri Robert Kaplan deyib ki, faiz artımına nə qədər tez gedilərsə, o qədər yaxşı olacaq.

R.Kaplan bu il iqtisadiyyatın 2 faiz artacağını və tam məşğulluğa yaxın olduğunu bildirib: «Gec qalmaqdansa, tez hərəkət etməyimiz daha yaxşıdır». R.Kaplan-ın builki qərarlarda səs vermə haqqı var.

LOCKHART: FAİZ 2 VƏ YA 3 DƏFƏ ARTIRILACAQ

FED-in Atlanta rəhbəri Dennis Lockhart da bu il faizin, böyük ehtimalla, 2 və ya 3 dəfə artırılacağını bildirib. D.Lockhart son zamanlar iqtisadi göstəricilərin FED-ə xeyli yardım etdiyini vurğulayıb.

Buna da bax-R.Aslanlı: 'Manatın məzənnəsi ilə neftin qiyməti arasında əlaqə axtarmayın'

D.Lockhart ABŞ-da iqtisadi vəziyyətin «sağlam» olduğunu söyləyib.

S&P: FAİZ 3 DƏFƏ ARTIRILACAQ

Beynəlxalq reytinq agentliklərindən olan «Standard and Poor's» (S&P) FED-in bu il 3 dəfə faiz artıracağını gözləyir.

FED-in Federal Açıq Bazar Komitəsi 30 yanvar - 1 fevral iclasının protokollarında iqtisadi fəallığın doğru yolda irəliləyəcəyi halda, FED-in «olduqca yaxın zamanda» faiz artıracağına işarələr edib.

Agentlik FED-in bu il ilk faiz artımına mayda gedəcəyini proqnozlaşdırır. FED-in növbəti toplantıları 14-15 mart və 2-3 mayda keçiriləcək.

Dünya iqtisadiyyatının ən önəmli aktyoru sayılan FED-in faiz artımı Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdən ötrü böyük əhəmiyyət daşıyır. Hər faiz artımı bu ölkələrin pullarında dəyər itkisinin davam etməsi deməkdir.

XS
SM
MD
LG