Milli Azərbaycan Tarixi Muzeyində qorunan Azərbaycan Cümhuriyyəti Hərbi nazirin müavini, “Top Tanrısı” general-leytenant Əliağa Şıxlinskiyə məxsus əşyalardan biri - yəhərüstü bərpa olunub.
Muzeydən AzadlıqRadiosu-na verilən xəbərə görə, Muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda qorunan yəhərüstü xüsusi zövqlə hazırlanıb.
Buna da bax: General Şıxlinskinin son xahişi
Üzəri güləbətin işləməli yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanıb.
Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar var.
Yəhərüstü üzərində muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı İlhamə Rəhimova işləyib.
Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib.
Buna da bax: Əlağa Şıxlinski: «Məni sevimli Nigarımın yanında dəfn edərsiniz...»
Muzeydə bir çox görkəmli Azərbaycan hərbçisinin materialları qorunur və gənc nəsillərə Azərbaycan hərb tarixinin yadigarı kimi çatdırılır.