Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 05:31

Avropa Şurası Azərbaycanı insan alveri ilə daha effektiv mübarizəyə çağırır


Moldova, human trafficking generic image
Moldova, human trafficking generic image

GRETA Azərbaycanı insan alveri qurbanlarını daha yaxşı müəyyən etməyə, onların kompensasiya və digər hüquq müdafiə vasitələrinə çıxışını yaxşılaşdırmağa çağırır.

Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspert Qrupu (GRETA) iyunun 6-da yeni hesabat yayıb. Qurum 2018-ci ilin noyabrında İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Avropa Şurası Konvensiyasının icrasına dair ikinci dəyərləndirməsini yaymışdı. İndi isə həmin dəyərləndirmədən sonrakı tədbirlər qiymətləndirilib.

Cəzaların sayı artır

Son hesabatda deyilir ki, insan alverinə qarşı mübarizə üzrə hüquqi, institusional və siyasi bazanın inkişafında irəliləyiş əldə olunub. Həmçinin maarifləndirmənin artırılması və uyğun mütəxəssislərin hazırlanması sahələrində də inkişaf var. Bundan əlavə, Azərbaycan insan alveri qurbanlarına Yardım Mərkəzinin insan və maliyyə resurslarını gücləndirib. GRETA eyni zamanda insan alveri ilə bağlı cəzaların sayının artırılmasını alqışlayır.

Lakin hesabata görə, təkmilləşdirməyə ehtiyacı olan bir neçə sahə qalır. GRETA hakimiyyəti qurbanların hüquqi yardıma və mövcud kompensasiya mexanizmlərinə çıxışını yaxşılaşdırmaq üçün addımlar atmağa çağırır. Hesabatda həmçinin insan alveri qurbanlarının əmək bazarına səmərəli çıxışını gücləndirmək və onların sosial-iqtisadi inklüzivliyini artırmaq üçün əlavə addımların atılmasının vacibliyi vurğulanır.

GRETA Azərbaycanda xüsusilə qeyri-qanuni miqrantlar və sığınacaq axtaran şəxslər üzrə qabaqlayıcı aşkarlama işinin olmamasından narahatlığını bildirir. Qurum hakimiyyəti qurbanların müəyyənləşdirilməsi üçün səyləri artırmağa çağırır. Hakimiyyət orqanları yardımı qurbanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq istəyindən asılı olmayaraq təmin etməlidir. Buraya insan alveri qurbanlarının dövlət sığınacağında yerləşdirilməsi də daxildir, hesabatda vurğulanır.

Qurbanı cinayətkardan qorumaq

Hesabatda istintaq və məhkəmə araşdırmaları zamanı, həmçinin ondan sonrakı dövrlərdə də insan alveri qurbanlarını və şahidləri cinayətkarların qisası və hədə-qorxusundan daha yaxşı müdafiə etməyin zəruriliyi qeyd olunur.

2018-ci ildəki ikinci qiymətləndirmədən sonra, əməyin istismarı məqsədilə insan alverinin qarşısının alınması və onunla mübarizədə məhdud irəliləyişin əldə edildiyi bildirilir. GRETA hakimiyyət orqanlarının, əmək müfəttişləri tərəfindən iş yerlərində yoxlamaları yenidən başlatmağını istəyir.

GRETA Azərbaycan hakimiyyətinin insan alverinə qarşı mübarizə ilə məşğul olan QHT-lərin qeydiyyata, adekvat maliyyələşdirməyə effektiv çıxışını təmin etməsini istəyir. Hakimiyyəti, vətəndaş cəmiyyəti ilə strateji tərəfdaşlıq qurmağa çağırır.

Mənşə və təyinat ölkəsi

Azərbaycan əsasən insan alveri qurbanlarının mənşə ölkəsi olmaqla yanaşı, həm də müəyyən dərəcədə təyinat ölkəsidir. Rəsmi qurumların statistik məlumatlarına görə, 2018-2022-ci illərdə aşkarlanmış qurban sayı əvvəlki hesabat dövrü ilə müqayisədə artaraq 472-yə çatıb. Müəyyən edilmiş qurbanların 94 faizi cinsi istismar məqsədilə insan alverinə məruz qalmış qadınlardır. Yalnız 9 uşaq insan alverinin qurbanı kimi müəyyən edilib. Qurbanların böyük əksəriyyəti xaricdə, xüsusilə qonşu ölkələrdə (Türkiyə, Rusiya Federasiyası, İran) zorakılığa məruz qalmış Azərbaycan vətəndaşlarıdır.

GRETA Azərbaycanda insan alverinin miqyasının daha yüksək ola biləcəyini qeyd edir, bunu əcnəbi qurbanların və daxili alver qurbanlarının müəyyənləşdirilıməsi üçün qabaqlayıcı işin olmaması ilə əlaqələndirir.

ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı ötənilki hesabatında bildirilir ki, insan alverçiləri Azərbaycanda yerli və əcnəbi qurbanları istismar edir, eləcə də Azərbaycandan olan qurbanları xaricdə istismar edirlər.

Rəsmilər bu problemlə mübarizə apardıqlarını bildirirlər.

XS
SM
MD
LG