Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:23

Rusiyalılar Gürcüstanda üç ayda 5322 biznesi qeydiyyatdan keçiriblər


Rusiyalılar Yuxarı Lars sərhəd keçidində
Rusiyalılar Yuxarı Lars sərhəd keçidində

2023-cü ilin ilk üç ayı ərzində rusiyalılar Gürcüstanda müxtəlif profilli 5332 yeni biznes qeydiyyatdan keçiriblər.

Bunlardan 191-i MMC-lər və 8-i QHT-lərdir.

Qalan 5133 halda Rusiya vətəndaşları Gürcüstanda fərdi sahibkar kimi qeydiyyatdan keçiblər.

Bu məlumatları AzadlıqRadiosunun Gürcü xidmətinə Gürcüstan Nazirlər Kabineti yanında statistika xidməti verib.

Qurum bunu da bildirib ki, 2022-ci il ərzində rusiyalılar Gürcüstanda demək olar 15 min biznesi qeydiyyatdan keçiriblər.

Ekspertlər belə fəallığı və qeydiyyatın yüksək tempini Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi və rusiyalıların qonşu ölkələrə kütləvi köçü ilə əlaqələndirirlər.

Məsələn əgər 2022-ci ilin yanvarında Rusiya vətəndaşları Gürcüstanda cəmi 71 biznesi qeydiyyatdan keçirmişdilrəsə, artıq elə həmin ilin martında bu rəqəm 2154-ə yüksəlmişdi.

Lari möhkəmlənib

Aprelin 10-da Gürcüstanın Milli Bankı bildirib ki, ölkənin xarici valyuta ehtiyatları tarixi rekord səviyyəsinə çatıb və hazırda 5 milyard dollardan çoxdur.

Bu proseslə yanaşı Gürcüstanın milli valyutası lari də güclənib. Ötən ilin martında 1 ABŞ dolları 3.1-3.2 lari idisə, hazırda bu göstərici 1 dollar üçün 2.53 laridir.

İqtisadçıların fikrincə milli valyutanın güclənməsi Milli Bankın böyük məbləğlərdə xarici valyuta alması və ölkənin maliyyə ehtiyatlarını artıra bilməsidir. Buna səbəb isə əlbəttə yüz minlərlə Rusiya vətəndaşının Gürcüstana gəlməsidir.

Qeyri-rəsmi məlumatlara görə Gürcüstana gələn Rusiya vətəndaşlarının sayı 120 min nəfərdən çoxdur.

Bundan daha dəqiq rəqəm əldə etmək mümkün deyil, çünki son bir il ərzində Gürcüstana gəlmiş rusiyalıların demək olar hamısının turist vizası var.

Gürcüstanda kirayə və evlər bahalaşıb

Gürcüstan qanunlarına görə Rusiya vətəndaşları Gürcüstanda 12 ay ərzində vizasız yaşaya bilərlər.

Eyni zamanda Rusiyadan Gürcüstana insan axını həm də Rusiyadan Gürcüstana göndərilən pulun da məbləğini artırıb.

Bunun nəticəsində Gürcüstanda ev kirayəsi haqları və mənzillərin qiymətləri xeyli bahalaşıb. 2022-ci ildə Gürcüstanın ÜDM-i son 10 ildə rekord 10.1 faiz artıb.

Bu da qeyd olunmalıdır ki, Türkiyə və Ermənistandan Rusiyaya Gürcüstan ərazisi ilə yüklərin daşınması da artıb.

Bəzi xəbərlərdə deyilir ki, bu yüklərin bəzilərində Qərb sanksiyaları altında olan mallar da olur.

Tbilisi bu iddiaları rədd edir və bildirir ki, ABŞ və Avropa İttifaqının müvafiq qurumları ilə sıx əməkdaşlıqda işləyir.

XS
SM
MD
LG