Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:38

İlham Əliyev deyir yaxşı olardı Ermənistan ümumiyyətlə Dağlıq Qarabağ sözünü işlətməsin


Azərbaycan prezidenti İlham Əliyev (solda) , 26 iyun 2021
Azərbaycan prezidenti İlham Əliyev (solda) , 26 iyun 2021

“Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”.

Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə belə deyib.

“Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil” – İlham Əliyev söyləyib və əlavə edib ki, ölkə üçün yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanıb.

"...yeni silahların, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlayıb"

Dövlət başçısı bildirib ki, Azərbaycan bundan sonra da güclənəcək, müharibədən sonra artıq yeni kontraktlar imzalanıb, yeni silahların, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlayıb.

“Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq”.

“Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur"

İlham Əliyev hesab edir ki, Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməkdir.

“Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır”.

1988-ci ildə başlanan Qarabağ müharibəsində Azərbaycan torpaqlarının bir hissəsini itirmişdi. 2020-ci il sentyabrın 27-də başlanan müharibədə o, Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib.

XS
SM
MD
LG