Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:04

İranda minimum əməkhaqqı artımına niyə etiraz edirlər?


İsfahan poladəritmə zavodunun fəhlələri tətildə (Arxiv fotosu)
İsfahan poladəritmə zavodunun fəhlələri tətildə (Arxiv fotosu)

İranda minlərlə əməkçi prezident İbrahim Rəisiyə minimum əməkhaqqının artırılması qərarına etiraz edən məktubu imzalayıblar.

Məktubda deyilir ki, bu artım inflyasiya faizinin heç yarısı qədər də deyil.

20 min işçinin imzaladığı məktubda sözü gedən qərarın dərhal ləğv olunmasına, əvəzində sürətli inflyasiya ilə ayaqlaşa bilməyən bütün maaşların artırılmasına çağırış edilir.

Hökumətin minimum əmək haqqının artırılması qərarı Ali Əmək Şurasının qətnaməsi əsasında qəbul edilib.

Bu şuraya hökumət nümayəndələri, sahibkarlar, fəhlələr və başqa işçilər daxildir.

Qərarda minimum əməkhaqqının 27 faiz artırılması nəzərdə tutulur.

İnflyasiya və bahalıq

İranda fevral ayında inflyasiya 53.4 faiz artıb, istehlak malları isə mart ayına olan məlumata görə 63 faiz bahalaşıb.

Rəisi bu məktuba hələ ki, cavab verməyib, lakin İran mediası hökumətin iqtisadiyyat üzrə sözçüsünə istinadla bildirir ki, hazırda maaşların artırılması məsələsi gündəlikdə deyil.

Hökumətin yeni qərarına əsasən minimum əməkhaqqı 41,790,000 rialdan (82 dollar) 53,073,300 riala (104 dollar) qaldırılmalıdır.

İslam Əmək Şuraları Ali Şurasının direktorlar palatasının üzvü Hüseyn Həbibi deyib ki, maaşın 27 faiz artırılması Əmək Qanununa müvafiq deyil və buna görə də legitim sayıla bilməz.

O habelə deyib ki, işçilər İnzibati Ədalət Məhkəməsinə şikayət təqdim ediblər.

'İran casusu' ittihamı ilə aparılan həbslər haqda nə düşünürsünüz? – Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Xatırlatma

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 71-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG