Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:03

İranda su etirazları davam edir


Avqustun 16-da Şəhrekord şəhərində keçirilmiş etiraz aksiyasında
Avqustun 16-da Şəhrekord şəhərində keçirilmiş etiraz aksiyasında

İranın qərbindəki Həmədan şəhərində su təchizatındakı fasilələrə etiraz edən minlərlə insan ikinci gündür ki, küçələrə çıxır

İranın qərbindəki Həmədan şəhərində su təchizatındakı fasilələrə etiraz edən minlərlə insan ikinci gündür ki, küçələrə çıxır.

Avqustun 24-də sosial media şəbəkələrində yayılan videolarda əllərində hökumət əleyhinə plakatlar olan etirazçıların izdihamlı mitinqi görünür.

Bəzi məlumatlara görə aksiyanın dağıdılması üçün təhlükəsizlik qüvvələri və xüsusi qvardiyalar göndərilib.

Videolardan birində etirazçıların polislə toqquşmasında xəsarət alan qadın görünür.

Xəbər verilir ki, Həmədanda artıq bir həftədir içməli su təchizatı dayandırılıb.

Bu müddət ərzində içməli suyu küçələrdə yerləşdirilmiş çənlərdən paylayırdılar.

Ölkənin 97 faizi

Bu yay ərzində İranda onsuz da kritik olan su qıtlığı daha kəskin şəkil alıb.

Su qıtlığı və bununla bağlı etirazlar ölkənin bir sıra şəhərlərində müşahidə olunur.

Son həftələrdə mərkəzi İranın şəhərlərində su qıtlığına görə etiraz aksiyaları keçirilib.

Ekspertlər bildirirlər ki, bir tərəfdən quraqlıq, digər tərəfdən isə korrupsiyalı layihələrlə işləyən su təchizatı infrastrukturundakı qüsurlar su qıtlığını İranın varlığına təhlükəyə çevirib.

Ekspertlərin fikrincə, iqlim dəyişkliyi ilə bağlı yaranan quraqlıq və sellər İranın ərzaq təhlükəsizliyinə birbaşa hədə yaradır.

İranın Meteoroloji Təşkilatının məlumatına görə ölkənin 97 faizində az və ya çox dərəcədə su qıtlığı böhranı yaşanır.

Hakimiyyət orqanlarının səriştəsiziliyi isə problemin daha da kəskinləşməsinə səbəb olur.

XS
SM
MD
LG