Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:04

İran Hörmüz boğazı yaxınlığında hərbi təlim keçirir


Arxiv fotosu
Arxiv fotosu

Dekabrın 30-da İran Oman körfəzi ərazisində, strateji Hörmüz boğazı yaxınlığında illik təlimə başlayıb. Məlumatı İran dövlət televiziyasına istinadla “”AP” yayıb. Bu arada hökumət artıq üçüncü aya keçmiş antihökumət etirazlarını amansızlıqla yatırtmağa davam edir.

Oman və Fars Körfəzləri arasında yerləşən Hörmüz boğazı qlobal enerji təchizatında vacib yer tutur, dünyada dənizlə daşınan neftin beşdə biri bu boğazdan keçir.

“Mümkün işğala hazırlığı gücləndirmək”

Televiziyanın məlumatına görə, “Zülfüqar-1401” adlı təlimlərdə komandolar və hava-desant qüvvələr, dronlar, qırıcılar, helikopterlər, hərbi nəqliyyat təyyarələri, sualtı qayıqlar iştirak edəcək. İran ordusunun raketlər atacağı, havadan müdafiə sistemlərini də işə salacağı bildirilir.

Məlumatda deyilir ki, manevrlərin məqsədi “xarici təhdidlərə, istənilən mümkün işğala hazırlığı gücləndirməkdir”.

İran müdafiə gücünü artırmaq və silahlarını sınaqdan keçirməkdən ötrü mütəmadi olaraq belə təlimlər keçirir.

Sentyabrın ortasından İranda hökumətə qarşı etirazlar keçirilir. Buna 22 yaşlı Məhsa Əmininin guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatı səbəb olub. Nümayişlərdə 40 ildən çoxdur ölkəni idarə edən teokratik rejimə son qoymaq çağırışları səslənib.

XS
SM
MD
LG