Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 13:24

Kann festivalı-2017-ni ‘Kvadrat’ qazandı


İsveç rejissoru Ruben Ostlund və aktrisa Juliette Binoche
İsveç rejissoru Ruben Ostlund və aktrisa Juliette Binoche

2017-ci il üçün Kann Kino Festivalının ən yüksək mükafatı – Qızıl Palma Budağı (Palme d’Or) mükafatını “Kvadrat” (The Square) filmi qazanlb.

Kinorejissor Ruben Östlundun çəkdiyi bu film öz işini ürəkdən və fədakarcasına sevən muzey direktoru barədədir.

O öz muzeyinə uğur qazandırmaq üçün yeni ekspozisiya açır və adını “Kvadrat” qoyur.

Satirik janrda çəkilmiş filmdə aktyor Claes Bang-in oynadığı direktorun başına çox məzəli və düşündürücü hadisə gəlir.

19 mayda çox uğurlu premyeradan sonra bu film çox sayda tərifli rəylər qazanmışdı.

İsveç rejissoru Östlund bundan əvvəl çəkdiyi “Fors Major” (Force Majeure) filmi ilə yaxşı tanınırdı.

Kino tənqidçiləri bildirirlər ki, “Kvadrat” filminin uğuru bir qədər ənənəvi qiymətləndirmə şablonundan kənara çıxıb, beləki festival günlərində əsas diqqət rusiyalı Andrey Zvyagintsevin “Sevgisiz” və fransalı Robin Campillo-nun “Dəqiqədə 120 döyüntü” (120 Beats per Minute) filmlərinin ətrafında cərəyan edirdi.

“Sevgisiz” həbsxana sistemində yoxa çıxmış ərini axtaran qadın, “Dəqiqədə 120 döyüntü” isə AİDS fəalı barədədir.

Nəhayət son qərarla bu iki filmə müvafiq olaraq münsiflər və grand prix mükafatları verilməsi ilə kifayətləniblər.

İspaniyalı rejissor Pedro Almodovarın başçılıq etdiyi münsiflər heyəti Lynne Ramsay-in trilleri “Sən əslində heç vaxt burda olmamısan” (You Were Never Really Here) filminə iki mükafat verib: ssenarisinə və ən yaxşı aktyor (Joaquin Phoenix) oyununa görə.

Ən yaxşı aktrisa mükafatını Diane Kruger qazanıb. O Fatih Akının “Heçlikdən” (In the Fade) filmində terror aktında həlak olmuş ərinin intiqamını almaq istəyən qadını oynayır.

Kruger öz uğurunu bütün terror qurbanlarına ithaf etdiyini bildirib.

Sofia Coppola (“Məftun” – Beguiled filmi) Kann festivallarının tarixində ən yaxşı rejissor adını qazanmış ikinci qadın olub.

Birinci dəfə bu mükafatı 1961-ci ildə Yuliya Solntseva “Alovlu illərin hekayəti” filminə görə almışdı.

XS
SM
MD
LG