QMİ: 'Siyasi müxalifətin dövlətçiliyə qarşı dini çağırışları qanunaziddir...'
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) referendum əleyhinə keçirilən aksiyada dindarların iştirakı ilə bağlı bəyanat verib. Ətraflı burada
Cəbhəçi mitinqə plakat gətirdiyinə görə saxlanıb
Sentyabrın 17-də Milli Şuranın mitinqi başlamamışdan əvvəl polis AXCP-nin Sumqayıt təşkilatının fəallarından olan Ülfət Hacıyevi saxlayıb.
AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, Ülfət Hacıyev mitinqə plakat gətirdiyinə görə saxlanılıb.
Şüarlar
Sentyabrın 17-də Yasamal rayonundakı «Məhsul» stadionunda Milli Şuranın mitinqi dövlət himni ilə açılıb.
Meydanda «140 milyard neft pulları hanı?», «Biz sizi seçməmişik», «Maaş 105 manat, təhsil haqqı 4000 manat», «Gözünüz doymadı», «Avropa Birliyi ilə Assosiasiya sazişi imzalansın» kimi şüarlar qaldırılıb.
Mitinq ölkədəki ağır duruma və sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərə etiraz olaraq keçirilir.
'Mitinq ərəfəsində AXCP-nin 51 funksioneri saxlanılıb'
«Bu oğrular hakimiyyətini necə qorxutmusunuzsa, mitinqə qarşı olmazın kampaniya aparırlar. Dünənə qədər deyirdilər müxalifət yoxdur. Bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar. Mitinq ərəfəsində mitinqin əsas təşkilatçılarından olan AXCP-nin 51 funksionerini həbs eləyiblər».
Bunu Milli Şuranın mitinqində AXCP sədri Əli Kərimli deyib.
Onun bu çıxışından sonra meydanda «İstefa!» şüarları səslənib.