Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:35

Avropa İttifaqı İlqar Məmmədova azadlıq tələb edir


Ilqar Məmmədov
Ilqar Məmmədov

Avropa İttifaqı xarici işlər komissarının ofisi bildirir ki, Azərbaycan Ali Məhkəməsinin siyasətçi İlqar Məmmədovun apellyasiyasına mənfi cavabı Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü il tarixli hökmünə ziddir.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin sözçüsü Maja Kocijancic tərəfindən yayılmış bəyanatda deyilir ki, Avropa İttifaqı və başqa beynəlxalq müşahidəçilər cənab Məmmədovun işi üzrə sözü gedən dinləmədə iştirak ediblər.

Sənəddə bu da qeyd olunur ki, Avropa İttifaqının xarci işlər komissarı Federica Mogherini bu məsələni fevralın 29-da Bakıya səfəri zamanı da müzakirə edib.

“Biz Azərbaycanı Avropa Şurasının üzvü kimi özünün Avropa İnsan Haqları Konvensiyasına müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərinə əməl etməyə və Avropa İnsan Haqları Məhkəməsinin cənab Məmmədov barədə hökmünü icra etməyə çağırırıq” – deyilir bəyanatda.

XS
SM
MD
LG