Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:08

Afrika ölkələri liderlərinin əksəriyyəti Rusiya sammitindən imtina edib


2019-cu ildə Soçidə keçirilmiş birinci sammitdə
2019-cu ildə Soçidə keçirilmiş birinci sammitdə

Afrika ölkələri liderlərinin əksəriyyəti 27-28 iyulda Sankt Peterburqda prezident Vladimir Putinin iştirakilə keçiriləcək Rusiya-Afrika sammitindıə iştirak etməyəcək.

Putinin köməkçisi Yuri Uşakov deyib ki, sammitdə dövlət başçısı səviyyəsində Afrikanın 54 ölkəsindən yalnız 17-si iştirak edəcək.

Afrika ölkələrinin daha 10 nümayəndə heyətinə baş nazirlər başçılıq edəcək.

Sammitə qatılacaq nümayəndə heyətlərinin yarıdan çoxu aşağı səviyyədə təmsil olunacaq.

Putin “yeni dünya nizamından” nitq edəcək

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov RIA Novosti agentliyinə demişdi ki, sammitə dəvət bütün Afrika dövlət başçılarına göndərilib.

Onun sözlərinə görə Moskva tədbirə gələ bilməyənlərin qərarına normal yanaşır.

Uşakovun sözlərinə görə Putinin bu tədbir zamanı Misir, Mozambik, Burundi, Zimbabve, Uqanda, Eritreya, Mərkəzi Afrika Respublikası, Liviya, Kamerun, Seneqal, CAR, Burkina-Faso, Qvineya-Bisau, Mali və Konqo liderləri ilə görüşləri planlaşdırılıb.

Bu da xəbər verilir ki, Putin iyulun 28-də - sammitin ikinci günüdə “çoxqütblülük və bərabərlik” əsasında “yeni dünya nizamı” barədə nitq edəcək.

“Sovet xatirələri” və reallaşmayan vədlər

Bu yaxınlarda dərc etdirdiyi məqalədə Rusiya prezidenti Sovet İttifaqının iqtisadi və texniki yardımlarını yada salmış, Afrika xalqları ilə Rusiya arasında “möhkəm və dərin köklərdən” söz açmış, Afrika ölkələrinə “yeni dünya nizamında layiqli yer” vəd etmişdi.

Rusiya-Afrika sammiti ikinci dəfədir ki, keçirilir. Birinci sammit 2019-cu ildə Soçidə keçirilmişdi.

Ovaxtkı sammitə Afrikanın 45 dövlət başçısı gəlmişdi. İndiki sammitdə yalnız 17 dövlət başçısı olacaq.

Birinci sammitdə Putin Afrika ölkələrinə mal dövriyyəsinin ikiqat artaraq 40 milyard dollara çatdırılacağını vəd etmişdi. Lakin reallıqda ticarət dövriyyəsi azalaraq 18 milyard dollara düşmüşdü.

Fortune jurnalı yazır ki, bununla belə Afrikaya qoyulan investisiyaların yalnız 1 faizi Rusiyanın payına düşür.

Jurnal yazır ki, hətta Mavriki adasının qoyduğu sərmayə də bundan çoxdur.

XS
SM
MD
LG