Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:58

Putin niyə həmişə udur – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

“The Financial Times” ötən həftə Google şirkətinin Moskva ofisində silahlı şəxslərin göründüyünü yazırdı

Sentyabrın 17-dən 19-na kimi Rusiyada keçirilən parlament seçkisində hakim Vahid Rusiya partiyası üçdə iki çoxluğu qazandığını bildirir. Apple, Google, eləcə də bir neçə sosial şəbəkə həbsdə olan müxalifətçi Aleksey Navalnının komandasının hazırladığı “Ağıllı Səsvermə” tətbiqini silməkdə seçiciləri vacib bir alətdən məhrum etdilər, “Washington Post” qəzeti belə yazır.

Həmin tətbiqdə hakim partiya namizədlərini üstələyə biləcək siyasətçilərin adları olan siyahı vardı. Tətbiqin silinməsi isə onu yaradanların hökumət tərəfindən “ekstremist” siyahısına salınmasıyla bağlıdır.

Qəzet artıq təzyiqin formasının da dəyişdiyini yazır. Belə ki, hökumət sözügedən şirkətlərin əməkdaşlarını həbs etməklə hədələyib. “The Financial Times” ötən həftə Google şirkətinin Moskva ofisində silahlı şəxslərin göründüyünü yazırdı.

“Korporasiyaların bu cür təzyiq qarşısında zəif mövqedə qalması onlardan işlədikləri ölkədə ofis saxlamağı tələb edən qanunların təhlükəsini üzə çıxarır”, – məqalədə deyilir.

"Sistem öz işindədir"

“The New York Times” qəzetində Rusiya mediasının tarixçisi İlya Yablokov yazır ki, Rusiyada seçkilər Kreml üçün heç də həmişə asan olmayıb. Çox seçim verəndə vətəndaşlar yanlış namizədləri seçiblər, az seçimdə isə rejimin avtoritarlığı üzə çıxıb.

Bu il çoxsaylı müstəqil media orqanlarına “xarici agent” damğası vuruldu, müxalifətçilər ya siyasətdən uzaqlaşdırıldı, ya da mühacirətə məcbur edildi.

“Ölkədə bu addımlara qarşı davamlı etiraz səslənmədi. Putinin reytinqi möhkəmdir, partiyası çoxluğu qazanır. Sistem öz işindədir”, – yazan müəllif Kremlin davamlı ictimai və siyasi nəzarətinin mərkəzində Rusiya mediasının dayandığını qeyd edir.

İdarə olunan media

Təmtəraqlı stil və saxta kontentli televiziya və qəzetlər şəbəkəsi, Kremlin propaqanda sistemi Putinin hakimiyyətinin sütunudur. Bu sistem ölkə içində və xaricində rejimdən narazılara qarşı bir qalxan kimi sipər çəkib. “Üstəgəl repressiya, bax, Putin seçkini belə udur”, – məqalədə deyilir.

“Pərdə arxasından isə Putinin ortaqları mesajı idarə edirlər. Prezident administrasiya başçısının müavini Aleksey Qromov mediaya nəzarət edir. Uğursuzluqların əhəmiyyəti kiçildilir, tənqiddən qaçılır, hər bir məqamda tərif prezidentlə əlaqələndirilir və o, həssas və müdrik lider kimi təqdim olunur”, – müəllif yazır.

Vahid Rusiya artıq seçkidə üçdə iki çoxluğu qazandığını bəyan edib. Ondan sonra Kommunist Partiyası, LDPR, Ədalətli Rusiya və Yeni İnsanlar partiyaları gəlir.

XS
SM
MD
LG