Keçid linkləri

2025, 08 Yanvar, çərşənbə, Bakı vaxtı 07:47

Rusiyada ‘SSRİ vətəndaşlarının' evlərində axtarışlar aparılır


Rusiyanın bir neçə şəhərlərində “Analar və arvadlar şurası” və vaksinasiya əleyhinə çıxış edən “Həkimlərin müstəqil assosiasiyası” təşkilatına bağlı fəalların evlərində axtarış aparılır.

Voronejdə polislər “Analar və arvadlar şurasının” fəalı Oksana Divisenkonun, Samarada “Həkimlərin müstəqil assosiasiyası” təşkilatının üzvü Alina Luşavinanın və “Razoblaçeno” saytının müxbiri Svetlana Belovanın evlərində axtarış aparıblar.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, axtarış habelə Altay Respublikasında ictimai fəal Aruna Arnanın evində aparılıb.

The Insider və “OVD-Info” saytları yazırlar ki, axtarışlar “Rusiyanın dirçəlişi ümumxalq ittifaqının” fəaliyyəti ilə bağlı ola bilər.

Antisemit çıxışlar

Bu birliyin üzvləri özlərini “SSRİ vətəndaşları”, prezident Vladimir Putini isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) adamı hesab edirlər.

“Analar və arvadlar şurası” məhz bu təşkilatın əsasında yaradılıb. Təşkilat Ukraynada müharibəyə etiraz edir. Hər iki birlik Rusiyada “xarici agent” hesab olunur.

Luşavina deyib ki, ona qarşı cinayət işi CM-nin “vətəndaşların dini inanc və vicdanına zidd təbliğat və kommersiya fəaliyyəti” maddəsi ilə açılıb.

O iddia edir ki, bu, onun “Rusiyanın dirçəlişi ümumxalq ittifaqının” Xabad yəhudi dini icmasına qarşı məqalələrinə görədir.

Bu təşkilat Xabada qarşı antisemit ruhlu çıxışlar edir və Rusiya hakimiyyətindən yəhudi təşkilatının yoxlanmasını tələb edirdi.

XS
SM
MD
LG