Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:45

Rusiyanın strateji aerodromlarına dron zərbələri endirilib


Rusiyanın Tu-95MC strateji bombardmançısı Engels aerodromunda (Arxiv fotosu)
Rusiyanın Tu-95MC strateji bombardmançısı Engels aerodromunda (Arxiv fotosu)

İki raketdaşıyan Tu-95 təyyarəsinə zədə dəydiyi xəbər verilir. İki hərbi qulluqçunun yaralandığı və xəstəxanaya aparılığı xəbər verilir

Ukraynanın iki reaktiv mühərrikli dronu Rusiyanın Saratov və Ryazan vilayətlərindəki strateji aviasiya aerodromlarına zərbələr endirib.

Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi dekabrın 5-də təsdiq edib.

Bundan əvvəl hücum barədə media və sosial şəbəkələrdə xəbərlər yayılsa da, Moskva zərbələri rəsmən təsdiqləməmişdi.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Nazirlik bildirib ki, dron zərbələri nəticəsində iki Tu-95 strateji bombardmançı təyyarəsi zədələnib.

Məlumatda iddia olunur ki, təyyarələrin zədələnməsinə vurulmuş dromnların hissələri səbəb olub.

Bundan əvvəl Rusiyanın Engels şəhərindəki starteji aerodromda və Ryazan yaxınlığındakı Dyagilev aviabazasında partlayışların baş verdiyinə dair xəbərlər yayılmışdı.

Ukraynadakı cəbhə xəttindən 500 kilometr aralıda yerləşən Dyagilevdə İl-76 yanacaqdolduran təyyarələri, Tu-22MC bombardmançıları və pilotların uçuş və döyüş təlim mərkəzi yerləşir.

Bazanın yaxınlığındakı təmir zavodunda strateji aviasiya təyyarələrinə - Tu-22M bomnbardmançılarına, raketdaşıyan Tu-95 təyyarələrinə və İl-76 hərbi-nəqliyyat təyyarələrinə texniki xidmət göstərlir.

Dekabrın 5-də axşam sosial media şəbəkələrində dron zərbələrindən sonra çəkilmiş fotolar yerləşdirilib.

Şəkildə uçuşa hazırlaşan Tu-22M təyyarəsinin və ona elektrostart verən APA-80 maşınının zədələndiyi görünür.

Engelsdəki hərbi hava bazası Ukrayna sərhədindən 700 kilometr uzaqlıqda yerləşir.

Tu-95MC və Tu-160 təyyarələri Ukraynaya bu bazadan hücumlar edir. Bu təyyarələr habelə nüvə silahı daşıya bilir.

Sovet dronları?

“Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr Kots dekabrın 5-də öz teleqram-kanalında yazıb ki, zərbələr sovet istehsalı olan Tu-141 “Strij” kəşfiyyat dronları ilə endirilib.

Bu PUA-lar aşağı yüksəklikdə, amma səs sürətinə yaxın sürətlə 1000 kilometr məsafəyə uça bilir.

Bundan əvvəl Rusiya mənbələri Ukraynanın bu dronları zərbə endirmək üçün modifikasiya etdiyini yazırdı.

Dekabrın 5-də Rusiyanın strateji aviasiyası Ukraynaya yeni zərbələrin endirilməsində iştirak edib.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, müəyyən edilmiş 17 hədəf vurulub.

Ukrayna tərəfi isə bildirir ki, Rusiyanın atdığı 70 raketdən 60-ı elə havada məhv edilib.

Rusiyanın hərbi aerodromlarına naməlum dronlar düşüb

Bundan əvvəl Rusiyanın Saratov vilayətindəki aerodromun uçuş-eniş zolağına naməlum PUA-nın düşdüyü xəbər verilmişdi.

Bu barədə məlumatı dekabrın 5-də Baza teleqram kanalı mənbələrə istinadən verir.

Astra saytı yazır ki, dron Engels şəhərinin yaxınlığındakı aviabazaya düşüb.

Bu aerdoromdan Rusiyanın starteji nüvə qüvvələrinə daxil uzaqmənzilli aviasiyası istifadə edir.

Saytın məlumatına görə iki raketdaşıyan Tu-95 təyyarəsinə zədə dəyib. İki hərbi qulluqçunun yaralandığı və xəstəxanaya aparılığı xəbər verilir.

Engels və Saratov şəhərlərinin sosial şəbəkələrində yazırlar ki, sakinlər səhər saat 6-da güclü partlayış səsi eşidiblər.

Sirena teleqram-kanalı partlayışın videosunu çəkib.

Baza kanalı internetdə yaydığı videoda Engelsdəki aerodroma hücumun görüntüləndiyini iddia edir.

Saratov vilayətinin qubernatoru Roman Busargin teleqram-kanalda hadisə nəticəsində yaşayış məhəllərlərinə və mülki infrastruktura ziyan dəymədiyini bildirir.

Qubernatorun sözlərinə görə hadisəni güc strukturları araşdırır.

RIA Novosti dövlət xəbər agentliyi təcili xidmətlərə istinadən bildirir ki, Ryazan şəhəri yaxınlığında benzin avtosisterni partlayıb.

Hadisə nəticəsində üç nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı xəbər verilir.

Şahidlər sosial media şəbəkələrində hadisənin Dyagilevo aerodromunda baş verdiyini yazırlar.

Bu aerodrom Ryazan şəhərinin qərbində yerləşir. Qeyd olunur ki, bu aerdromda İl-76 təyyarələrinin heyətinin uçuş və döyüş təlimi mərkəzi yerləşir.

Podolyak istehza edir

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Saratov və Ryazan vilayətlərində baş vermiş insidentlər barədə məlumat prezidnet Vladimir Putinə təqdim edilib.

Xarici jurnalistlərlə söhbətində Peskov suallarını Müdafiə Nazirliyinə ünvanlamağı məsləhət görüb.

Nazirlik hələki bu xəbərləri şərh etməyib.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak deyib:

“Yer dəyirmidir. Bunu hələ Qaliley kəşf edib. Təəssüf ki, Kremldə astronomiyanı öyrənməyiblər. Onlar saray münəccimlərinə üstünlük verirlər. Əgər astronomiyanı oxusaydılar bunu bilərdilər: Əgər çox uzun müddətdə başqa ölkələrin hava məkanınan nəsə buraxsan, gec ya tez uçuşların başlandığı yerə də naməlum uçan obyektlər qayıdacaq”.

XS
SM
MD
LG