Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 10:37

Səudiyyə İranı danışıqlarda ‘oyun oynamaqda’ ittiham edir


Səudiyyənin BMT-dəki nümayəndəsi Abdallah əl-Müəllimi
Səudiyyənin BMT-dəki nümayəndəsi Abdallah əl-Müəllimi

Dekabrın 13-də Səudiyyə Ərəbistanı və İran, aralarında son dərəcə korlanmış münasibətlərin normallaşdırılması üçün danışıqların yeni raundunu keçiriblər

Səudiyyə Ərəbistanı və İran, aralarında son dərəcə korlanmış münasibətlərin normallaşdırılması üçün danışıqların yeni raundunu keçiriblər.

Amma dekabrın 13-də Səudiyyənin BMT-dəki daimi nümayəndəsi Tehranı sözü gedən dialoqda “oyun oynamaqda” ittiham edib.

Siə hakimiyyətinə malik İran və sünni ideologiyalı Səudiyyə qatı regional rəqiblərdir. Onlar Yəmən, Suriya və başqa yerlərdə nüfuz uğrunda proksi müharibələri aparırlar.

Bu iki müsəlman ölkəsi arasında diplomatik münasibətlər 2016-cı ildə kəslilib. O vaxt Səudiyyədə edam olunmuş şiə ruhaniyə görə Tehranda keçirilən etiraz aksiyasında Səudiyyənin səfirliyi yandırılmışdı.

Səudiyyə krallığı iki ölkə arasında bu ilin əvvəllərindən başlanmış dialoqu “səmimi”, amma həm də “kəşfiyyat xarakterli” adlandırmışdı.

Tehranın danışıqlardakı nümayəndəsi isə ötən oktyabrda bu dialoqda “bir xeyli yolun qət edildiyini” bildirmişdi.

Dekabrın 13-də Əmmanda keçirilən son dövrə iki ölkə arasında etimadyaratma tədbirlərinə, xüsusilə də Tehranın nüvə proqramına həsr olunmuşdu.

Bu barədə xəbərləri İordaniyanın Petra agentliyi verib, lakin məlumatlar nə Tehran, nə də Riyad tərəfindən şərh olunmayıb.

Səudiyyə “danışıqlar xətrinə danışıqlar” istəmir

Bu arada dekabrın 13-də dərc olunmuş müsahibənin videosunda Səudiyyənin BMT-dəki nümayəndəsi Abdallah əl-Müəllimi deyir ki, bu danışıqların hələki əhəmiyyətli bir nailiyyəti olmayıb:

"Biz bu danışıqları İran hökumətinin regional davranışları da daxil əhəmiyyətli məsələlər üzərinə keçirməliyik. Amma nə qədər ki, iranlılar bu danışıqlarla oyun oynamağı davam etdirirlər, heç bir nəticə hasil olmayacaq. İranlılar bu danışıqlara çox uzun-uzadı proses kimi baxırlar. Biz isə danışıqlar xətrinə danışıqlar istəmirik”.

Dekabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) de facto başçısı, vəliəhd şahzadə Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan İsrailin baş naziri Naftali Benneti qəbul edib.

Onların arasında keçiriləcək danışıqlarda həm də İran məsələsinin müzakirə olunacağı gözlənilirdi.

Bu, İsrail baş nazirinin hər hansı Körfəz ölkəsinə ilk tarixi səfəridir.

İsrail və BƏƏ arasında münasibətlərin normallaşdırılmasında Birləşmiş Ştatların əvəzsiz rolu olub.

Əslində İsrail və Abu Dabi arasında bundan əvvəl də uzun müddət məxfi saxlanan əməkdaşlıq olub, amma bu münasibətlər yalnız 2020-ci ildə rəsmiləşdirilib.

XS
SM
MD
LG